SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Türkmənistan prezidenti və onun atası ilə nə danışıb?

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Türkiyə Prezidenti həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
BAKI, 14 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Görüş Türkmənistanının Avaza rayonunda keçirilib.
Bildirilir ki, danışıqlar zamanı Aşqabadın uzunmüddətli etibarlı tərəfdaşı olan Ankaranın ticarət və investisiya baxımından Türkmənistanın tərəfdaşları arasında aparıcı yerlərdən birini tutduğu vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin ən mühüm istiqamətləri arasında yanacaq-energetika və nəqliyyat-kommunikasiya sektorlarını qeyd ediblər.
Hazırda ikitərəfli əsasda ölkələr arasında işlərin uğurla aparıldığını qeyd edən dövlət başçıları buna bariz nümunə kimi birgə həyata keçirilən bir sıra iri layihələri qeyd ediblər. Görüşün digər təfərrüatları açıqlanmayıb.
Türkiyə Prezidenti həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı ilə Birinci Üçtərəfli Zirvə Görüş keçiriləcək.
Görüşdən sonra sənədlərin imzalanması gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşü olu - Sputnik Azərbaycan, 1920, 14.12.2022
RUSİYA
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Xəbər lenti
0