CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yüz otuz beş üçəm, səkkiz dördəm doğulub

© Sputnik / Кирилл Брага / Mediabanka keçidYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,4-dən 6,0-a düşüb.
BAKI, 14 dekabr — Sputnik. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 103502 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,3-ə qədər artıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulub.
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ölkə əhalisinin sayı ilin əvvəlindən 54452 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il noyabr ayının 1-i vəziyyətinə 10210818 nəfərə çatıb.
DSK-nın xəbərinə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Bu ilin 10 ayında ölkədə qeydə alınan ölüm sayı açıqlanıb
DSK-nn məlumatında qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,4-dən 6,0-a düşüb.
Xəbər lenti
0