https://sputnik.az/20221214/avropa-parlamentinin-ona-yaxin-ofisi-baglanib-449612482.html
Avropa Parlamentinin ona yaxın ofisi bağlanıb
Avropa Parlamentinin ona yaxın ofisi bağlanıb
Sputnik Azərbaycan
Futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı korrupsiya hallarına yol verilməsi ilə əlaqədar 10 ofis bağlanıb. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T16:27+0400
2022-12-14T16:27+0400
2022-12-14T16:27+0400
avropa parlamenti
siyasət
strasburq
fransa
https://cdnn1.img.sputnik.az/img/42260/68/422606846_0:161:3071:1888_1920x0_80_0_0_5c88a4ded6974e90863bb9a25ad30b1a.jpg
BAKI, 14 dekabr — Sputnik. Avropa Parlamentinin Fransanın Strasburq şəhərində yerləşən 10-a yaxın ofisi bağlanıb.Bu barədə ABŞ-ın "Politico" nəşri məlumat yayıb.Nəşrin məlumatına görə, Avropa Parlamentinin italiyalı deputatı Petro Bartolonun köməkçisinin ofisi möhürlənərək bağlanıb.Prokurorluğun məlumatına görə, mətbuatın "Qətər-geyt" adlandırdığı işdə futbol üzrə dünya çempionatına hazırlıq ərəfəsində Avropa Parlamentinin qərarlarına təsir edə bilən deputatlar külli miqdarda pul və ya bahalı hədiyyələr almaqda şübhəli bilinir.Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas böhran başlayandan sonra ilk ictimai çıxışında korrupsiya qalmaqalı ilə hər hansı əlaqəsini təkzib edib.Dekabrın 12-də Avropa Parlamentinin sədri Roberta Metsola dünya çempionatı ilə bağlı sabiq sədr müavini Yeva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya qalmaqalından sonra parlament üzvlərinin digər ölkələrlə və xarici vətəndaşlarla əlaqəsinə nəzarəti gücləndirmək üçün daxili təhqiqatın və islahatların başlayacağını deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42260/68/422606846_170:0:2901:2048_1920x0_80_0_0_111477703d8cf9c2616d7a724b38611d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa parlamenti, strasburq, fransa
avropa parlamenti, strasburq, fransa
Avropa Parlamentinin ona yaxın ofisi bağlanıb
Futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı korrupsiya hallarına yol verilməsi ilə əlaqədar 10 ofis bağlanıb.
BAKI, 14 dekabr — Sputnik. Avropa Parlamentinin Fransanın Strasburq şəhərində yerləşən 10-a yaxın ofisi bağlanıb.
Bu barədə ABŞ-ın "Politico" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Parlamentinin italiyalı deputatı Petro Bartolonun köməkçisinin ofisi möhürlənərək bağlanıb.
Prokurorluğun məlumatına görə, mətbuatın "Qətər-geyt" adlandırdığı işdə futbol üzrə dünya çempionatına hazırlıq ərəfəsində Avropa Parlamentinin qərarlarına təsir edə bilən deputatlar külli miqdarda pul və ya bahalı hədiyyələr almaqda şübhəli bilinir.
Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas böhran başlayandan sonra ilk ictimai çıxışında korrupsiya qalmaqalı ilə hər hansı əlaqəsini təkzib edib.
Dekabrın 12-də Avropa Parlamentinin sədri Roberta Metsola dünya çempionatı ilə bağlı sabiq sədr müavini Yeva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya qalmaqalından sonra parlament üzvlərinin digər ölkələrlə və xarici vətəndaşlarla əlaqəsinə nəzarəti gücləndirmək üçün daxili təhqiqatın və islahatların başlayacağını deyib.