https://sputnik.az/20221214/almaniya-polisi-genismiqyasli-emeliyyat-kecirib-449633720.html
Almaniya polisi genişmiqyaslı əməliyyat keçirib
Almaniya polisi genişmiqyaslı əməliyyat keçirib
Sputnik Azərbaycan
Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya ştatlarında, eləcə də Berlində yüzlərlə polis əməkdaşının iştirak etdiyi əməliyyata sübhdən başlanılıb, şübhəlilərin... 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T21:31+0400
2022-12-14T21:31+0400
2022-12-14T21:31+0400
almaniya
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827489_0:191:3301:2048_1920x0_80_0_0_1b6a6866b3626ede6940da6763da71cc.jpg
BAKI, 14 dekabr — Sputnik. Almaniya polisi dələduzluq və saxtakarlıqda şübhəli bilinən Əl-Zeyn cinayət ailəsinin iddia edilən üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib, 50 obyekdə axtarış aparılıb. Bu barədə RİA Novosti "Bild" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya ştatlarında, eləcə də Berlində yüzlərlə polis əməkdaşının iştirak etdiyi əməliyyata sübhdən başlanılıb, şübhəlilərin həbsinə order verilib. Məlumatda qeyd olunur ki, əməliyyat Düsseldorf prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi bölməsinin rəhbərliyi altında həyata keçirilir. Əsas ittihamlar dələduzluq və saxtakarlıqdır: klan üzvlərinin qondarma şirkətlər vasitəsilə böyük miqyasda bahalı lizinq avtomobillərini icarəyə götürdüyü, sonra isə saxta sənədlərlə qanunsuz olaraq yenidən satdığı iddia edilir. Bundan əlavə, Əl-Zeyn klanının üzvləri koronavirus pandemiyası zamanı Almaniya hökumətinin maliyyə yardımından qeyri-qanuni istifadə etməkdə şübhəli bilinir. Məlumatda qeyd edilib ki, əməliyyat zamanı polis cinayətdə şübhəli bilinənlərin milyonlarla əmlakını, o cümlədən bahalı əşyalarını müsadirə etməyi planlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827489_570:0:3301:2048_1920x0_80_0_0_9b4dcfe7a1a59dacf2e126eaeb510da8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
almaniya
Almaniya polisi genişmiqyaslı əməliyyat keçirib
Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya ştatlarında, eləcə də Berlində yüzlərlə polis əməkdaşının iştirak etdiyi əməliyyata sübhdən başlanılıb, şübhəlilərin həbsinə order verilib.
BAKI, 14 dekabr — Sputnik. Almaniya polisi dələduzluq və saxtakarlıqda şübhəli bilinən Əl-Zeyn cinayət ailəsinin iddia edilən üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib, 50 obyekdə axtarış aparılıb. Bu barədə RİA Novosti "Bild" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya ştatlarında, eləcə də Berlində yüzlərlə polis əməkdaşının iştirak etdiyi əməliyyata sübhdən başlanılıb, şübhəlilərin həbsinə order verilib. Məlumatda qeyd olunur ki, əməliyyat Düsseldorf prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi bölməsinin rəhbərliyi altında həyata keçirilir.
Əsas ittihamlar dələduzluq və saxtakarlıqdır: klan üzvlərinin qondarma şirkətlər vasitəsilə böyük miqyasda bahalı lizinq avtomobillərini icarəyə götürdüyü, sonra isə saxta sənədlərlə qanunsuz olaraq yenidən satdığı iddia edilir. Bundan əlavə, Əl-Zeyn klanının üzvləri koronavirus pandemiyası zamanı Almaniya hökumətinin maliyyə yardımından qeyri-qanuni istifadə etməkdə şübhəli bilinir.
Məlumatda qeyd edilib ki, əməliyyat zamanı polis cinayətdə şübhəli bilinənlərin milyonlarla əmlakını, o cümlədən bahalı əşyalarını müsadirə etməyi planlaşdırır.