https://sputnik.az/20221213/yeni-zelandiyada-2009-cu-ilden-sonra-dogulmus-insanlara-tutun-satisi-qadagan-edilib-449601100.html
Yeni Zelandiyada 2009-cu ildən sonra doğulmuş insanlara tütün satışı qadağan edilib
Yeni Zelandiyada 2009-cu ildən sonra doğulmuş insanlara tütün satışı qadağan edilib
Sputnik Azərbaycan
Hazırda Yeni Zelandiyada yetkin əhalinin yalnız 8%-i gündəlik siqaret çəkir ki, bu da 10 il əvvəlkindən iki dəfə azdır. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T21:04+0400
2022-12-13T21:04+0400
2022-12-13T21:04+0400
dünya xəbərləri
yeni zelandiya
siqaret
qadağan
https://cdnn1.img.sputnik.az/img/41929/71/419297104_0:135:1920:1215_1920x0_80_0_0_cb4eb8b54e3b67ab27fcb8dd6b7d42a0.jpg
BAKI, 13 dekabr - Sputnik. Yeni Zelandiya parlamenti 2009-cu il yanvarın 1-dən sonra doğulan hər kəsə tütün məmulatlarının satışını qadağan edən qanun qəbul edib. Bu barədə ölkənin RNZ radiosu çərşənbə axşamı məlumat yayıb.Bildirilir ki, üçüncü oxunuşda qəbul edilən qanun “Aotearoa (Yeni Zelandiya) hökumətinin 2025-ci ilə qədər ölkədə siqaret çəkilməsinin qarşısını almaq məqsədinə doğru daha bir addımdır”.O da bildirilir ki, yeni qanun tütün məmulatlarında icazə verilən nikotinin konsentrasiyasını, habelə tütün satan məntəqələrin sayını da azaldır.Bununla yanaşı, 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük tütün almağa icazə verilməyəcək.“Ölkədə tütün satışı ilə məşğul olan məntəqələrin sayı indiki 6 mindən 10 dəfə azalacaq”, - deyə Yeni Zelandiyanın səhiyyə nazirinin müavini Aişa Verral bildirib."Yəni, gələn ilin sonuna qədər ölkədə cəmi 600 tütün məmulatının satış məntəqəsi qalacaq", - deyə o izah edib.RNZ-nin məlumatına görə, hazırda Yeni Zelandiyada yetkin əhalinin yalnız 8%-i gündəlik siqaret çəkir ki, bu da 10 il əvvəlkindən iki dəfə azdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41929/71/419297104_0:0:1920:1440_1920x0_80_0_0_fb53b949e380b5e9e406e0916f7f97f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni zelandiya, siqaret, qadağan
yeni zelandiya, siqaret, qadağan
Yeni Zelandiyada 2009-cu ildən sonra doğulmuş insanlara tütün satışı qadağan edilib
Hazırda Yeni Zelandiyada yetkin əhalinin yalnız 8%-i gündəlik siqaret çəkir ki, bu da 10 il əvvəlkindən iki dəfə azdır.
BAKI, 13 dekabr - Sputnik. Yeni Zelandiya parlamenti 2009-cu il yanvarın 1-dən sonra doğulan hər kəsə tütün məmulatlarının satışını qadağan edən qanun qəbul edib. Bu barədə ölkənin RNZ radiosu çərşənbə axşamı məlumat yayıb.
Bildirilir ki, üçüncü oxunuşda qəbul edilən qanun “Aotearoa (Yeni Zelandiya) hökumətinin 2025-ci ilə qədər ölkədə siqaret çəkilməsinin qarşısını almaq məqsədinə doğru daha bir addımdır”.
O da bildirilir ki, yeni qanun tütün məmulatlarında icazə verilən nikotinin konsentrasiyasını, habelə tütün satan məntəqələrin sayını da azaldır.
Bununla yanaşı, 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük tütün almağa icazə verilməyəcək.
“Ölkədə tütün satışı ilə məşğul olan məntəqələrin sayı indiki 6 mindən 10 dəfə azalacaq”, - deyə Yeni Zelandiyanın səhiyyə nazirinin müavini Aişa Verral bildirib.
"Yəni, gələn ilin sonuna qədər ölkədə cəmi 600 tütün məmulatının satış məntəqəsi qalacaq", - deyə o izah edib.
RNZ-nin məlumatına görə, hazırda Yeni Zelandiyada yetkin əhalinin yalnız 8%-i gündəlik siqaret çəkir ki, bu da 10 il əvvəlkindən iki dəfə azdır.