https://sputnik.az/20221213/xtiralarin-patentlesdirilmesi-xerclerinin-elli-faizini-dovlet-maliyyelesdirecek-449577997.html
İxtiraların patentləşdirilməsi xərclərinin əlli faizini dövlət maliyyələşdirəcək
İxtiraların patentləşdirilməsi xərclərinin əlli faizini dövlət maliyyələşdirəcək
Sputnik Azərbaycan
Bu addım ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, Azərbaycan vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent)... 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T13:49+0400
2022-12-13T13:49+0400
2022-12-13T13:49+0400
cəmiyyət
patent
ixtira
dövlət
maliyyələşdirilmə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 13 dekabr — Sputnik. Nazirlər Kabineti "İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nı təsdiqləyib.Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunub və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilib.Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, Azərbaycan vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcək.Hüquq sahibi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün ixtiranın və faydalı modelin patentləşdirilməsi, habelə ixtira və faydalı modelə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının 3-cü ilindən başlayaraq Əqli Mülkiyyət Agentliyinə ərizə ilə müraciət edir.Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edildikdə, ixtiranın və faydalı modelin patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün çəkilən xərcin məbləği vəsaitin ödənildiyi gün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq Agentlik tərəfindən hüquq sahibinin bank hesabına köçürülür.Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təyinatı üzrə səmərəli xərclənməsinə Agentlik məsuliyyət daşıyır və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yarımillik və illik hesabatlar təqdim edir.Xatırladaq ki, patent –ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq qurum tərəfindən verilən mühafizə sənədidir.İxtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir.İxtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün hər bir hüquqi və ya fiziki şəxs iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərilməli və ya birbaşa Agentliyə təqdim olunmalıdır.İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün bir iddia sənədi üçün 10 manat, bir neçə iddia sənədi üçün 10 manat, patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün 50 manat və s.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
patent, ixtira, dövlət, maliyyələşdirilmə
patent, ixtira, dövlət, maliyyələşdirilmə
İxtiraların patentləşdirilməsi xərclərinin əlli faizini dövlət maliyyələşdirəcək
Bu addım ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, Azərbaycan vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək.
BAKI, 13 dekabr — Sputnik. Nazirlər Kabineti "İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nı təsdiqləyib.
Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunub və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilib.
Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, Azərbaycan vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcək.
Hüquq sahibi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün ixtiranın və faydalı modelin patentləşdirilməsi, habelə ixtira və faydalı modelə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının 3-cü ilindən başlayaraq Əqli Mülkiyyət Agentliyinə ərizə ilə müraciət edir.
Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edildikdə, ixtiranın və faydalı modelin patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün çəkilən xərcin məbləği vəsaitin ödənildiyi gün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq Agentlik tərəfindən hüquq sahibinin bank hesabına köçürülür.
Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təyinatı üzrə səmərəli xərclənməsinə Agentlik məsuliyyət daşıyır və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yarımillik və illik hesabatlar təqdim edir.
Xatırladaq ki, patent –ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq qurum tərəfindən verilən mühafizə sənədidir.
İxtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir.
İxtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün hər bir hüquqi və ya fiziki şəxs iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərilməli və ya birbaşa Agentliyə təqdim olunmalıdır.
İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün bir iddia sənədi üçün 10 manat, bir neçə iddia sənədi üçün 10 manat, patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün 50 manat və s.