DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadakı münaqişə NATO ölkələrində "çox real" silah defisiti yaradıb - ABŞ rəsmisi

CC BY 2.0 / U.S. Army photo by Sgt. Liane Hatch / Javelin Fire!ABŞ əsgəri “Javelin”-dən atəş açarkən, arxiv şəkli
ABŞ əsgəri “Javelin”-dən atəş açarkən, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Ölkənin NATO-dakı daimi nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə indi Qərb müdafiə sənayesi şirkətlərini silah istehsalını artırmağa inandırmağa çalışır.
BAKI, 13 dekabr - Sputnik. NATO müttəfiqləri Ukrayna münaqişəsi səbəbindən “çox real” silah və sursat çatışmazlığı ilə üzləşirlər və onlar ehtiyatları artırmaq üçün müdafiə sənayesi ilə birgə işləyirlər. Bunu ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culian Smit deyib.
“Səylər NATO alyansı daxilində Ukraynaya böyük təhlükəsizlik yardımı göstərən Estoniya kimi ölkələrdə ehtiyatların azalmasına yönəlib. Onlar çox real qıtlıqla üzləşirlər və tək deyillər. Biz bunu bütün alyansda görürük”, - deyə o bildirib.
Smit onu da əlavə edib ki, eyni problem Ukraynada da var.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə indi Qərb müdafiə sənayesi şirkətlərini silah istehsalını artırmağa və lazım gələrsə, uzunmüddətli perspektivdə məhsullara tələbatını təmin etməyə davam etdirməyə inandırmağa çalışır.
Xəbər lenti
0