https://sputnik.az/20221213/susa-xankendi-yolunda-bas-verenler---dunenden-bu-gune-449575562.html
Şuşa-Xankəndi yolunda baş verənlər - dünən və bu gün
Şuşa-Xankəndi yolunda baş verənlər - dünən və bu gün
Sputnik Azərbaycan
Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T12:35+0400
2022-12-13T12:35+0400
2022-12-13T12:36+0400
azərbaycan xəbərləri
sülhməramlı
azərbaycan
qht
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
azergold
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449535840_0:0:1149:647_1920x0_80_0_0_b37b1b570f93e8ca1feb922e5c6a0b2f.png
BAKI, 13 dekabr — Sputnik. Ötən gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.Qeyd edək ki, bütün bunların baş verdiyi ərəfədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikola Paşinyana zəng edib.Rusiya liderinin Azərbaycan dövlət başçısı ilə telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.Vladimir Putin Ermənistan Baş naziri ilə telefon danışığında isə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik müzakirə edilib.Rusiya və Ermənistan liderləri regionda nəqliyyat kommunikasiyalarının bərpasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə də toxunublar.ABŞ Dövlət Departamenti də son yaşanan hadisəlrə münasibətini açıqlayıb. Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayıb və gərginliyin azaldılmasına çağırış edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449535840_112:0:1035:692_1920x0_80_0_0_bc2cfcea6a9b2c2d22c29e9da4005083.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sülhməramlı, azərbaycan, qht, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, azergold
sülhməramlı, azərbaycan, qht, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, azergold
Şuşa-Xankəndi yolunda baş verənlər - dünən və bu gün
12:35 13.12.2022 (Yenilənib: 12:36 13.12.2022) Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.
BAKI, 13 dekabr — Sputnik. Ötən gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.
Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.
Qeyd edək ki, bütün bunların baş verdiyi ərəfədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikola Paşinyana zəng edib.
Rusiya liderinin Azərbaycan dövlət başçısı ilə telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.
Vladimir Putin Ermənistan Baş naziri ilə telefon danışığında isə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik müzakirə edilib.
Rusiya və Ermənistan liderləri regionda nəqliyyat kommunikasiyalarının bərpasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə də toxunublar.
ABŞ Dövlət Departamenti də son yaşanan hadisəlrə münasibətini açıqlayıb. Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayıb və gərginliyin azaldılmasına çağırış edib.