https://sputnik.az/20221213/qeza-bas-veren-bes-rayonda-isigin-verilmesi-ne-zaman-berpa-olunacaq---vdeo-449576331.html
Qəza baş verən beş rayonda işığın verilməsi nə zaman bərpa olunacaq? - VİDEO
Qəza baş verən beş rayonda işığın verilməsi nə zaman bərpa olunacaq? - VİDEO
Sputnik Azərbaycan
Qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə... 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T12:51+0400
2022-12-13T12:51+0400
2022-12-13T13:08+0400
cəmiyyət
"azərişıq" asc
qəza
qarlı-şaxtalı hava şəraiti
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/13/425241666_0:72:1001:635_1920x0_80_0_0_c21522631248eb0fbdb3f8cebb88254a.png
BAKI, 13 dekabr — Sputnik. Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində yaranan problemlər aradan qaldırılır.Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.O bildirib ki, ölkə ərazisində baş vermiş qeyri-sabit hava şəraiti nəticəsində adıçəkilən rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranıb.Xatırladaq ki, dünən "Azərişıq" ASC-dən məlumat verilib ki, Azərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.""Azərişıq" ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün qurumun bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - deyə məlumatda vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/13/425241666_30:0:877:635_1920x0_80_0_0_74ff8d51169b26f787e4cff9db4363a9.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azərişıq" asc, qəza, qarlı-şaxtalı hava şəraiti
"azərişıq" asc, qəza, qarlı-şaxtalı hava şəraiti
Qəza baş verən beş rayonda işığın verilməsi nə zaman bərpa olunacaq? - VİDEO
12:51 13.12.2022 (Yenilənib: 13:08 13.12.2022) Qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
BAKI, 13 dekabr — Sputnik. Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində yaranan problemlər aradan qaldırılır.
Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
O bildirib ki, ölkə ərazisində baş vermiş qeyri-sabit hava şəraiti nəticəsində adıçəkilən rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranıb.
"Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün ASC-nin bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür. Artıq həmin rayonların bəzi kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib, bəzi ərazilərdə bərpa işləri davam etdirilir. Yaxın vaxtlarda ərazilərdə yaranan problem tam olaraq aradan qaldırılacaq", - deyə V.Aydınoğlu bildirib.
Xatırladaq ki, dünən "Azərişıq" ASC-dən məlumat verilib ki, Azərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
""Azərişıq" ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün qurumun bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - deyə məlumatda vurğulanıb.