SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentlərin görüşündən əvvəl enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə olunub

© Sputnik / Борис КауфманTürkmənbaşı şəhəri
Türkmənbaşı şəhəri - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Türkmənistan, Azərbaycan və Türkiyənin enerji nazirliklərinin rəhbərləri Xəzər dənizinin Türkmənistan sahilində yerləşən Avaza milli turizm zonasında danışıqlar aparıblar.
BAKI, 13 dekabr — Sputnik. Aşqabad-Bakı-Ankara sammiti ərəfəsində Türkmənistan, Azərbaycan və Türkiyənin enerji nazirliklərinin rəhbərləri Xəzər dənizinin Türkmənistan sahilində yerləşən Avaza milli turizm zonasında danışıqlar aparıblar. Bu barədə RİA Novosti xəbər yayıb.
"Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının qarşıdan gələn və bir sıra mühüm sazişlərin imzalanması ilə nəticələnəcək ilk görüşü üçtərəfli tərəfdaşlığın strateji enerji sektorunda əlaqələrin inkişafına yeni təkan verəcək", - məlumatda deyilir.
Yüksək səviyyəli danışıqlara hazırlıq çərçivəsində üç ölkənin enerji idarələrinin rəhbərləri əməkdaşlığın müəyyən aspektlərini, əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişləri, həmçinin yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər belə qənaətə gəliblər ki, enerji sektorunda tərəfdaşlığın böyük perspektivləri hüquqi normalar, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın qurulmasını zəruri edir.
Bu baxımdan tərəflər Türkmənistan, Azərbaycan və Türkiyə başçılarının qarşıdan gələn zirvə görüşünün bu yolda mühüm addım olacağına əminliklərini ifadə ediblər.
Xəbər lenti
0