Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Mundialın ilk finalçısı bu gün məlum olacaq

© AFP 2023 / GLYN KIRKDÇ-2022
DÇ-2022 - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Niderland seçməsi isə Argentina komandasını məğlub edib.
BAKI, 13 dekabr - Sputnik. Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
Azərtac xəbər verir ki, Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq.
"Lusail" stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Niderland seçməsi isə Argentinanı mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Xorvatiya və Argentina milliləri üz-üzə gəlib. Matçda xorvatlar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.
Xəbər lenti
0