https://sputnik.az/20221213/minik-avtomobillerinin-gomrukde-beyan-edilmesi-qaydasi-elektronlasdirilacaq-449589417.html
Minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydası elektronlaşdırılacaq
Minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydası elektronlaşdırılacaq
Sputnik Azərbaycan
Cari ilin 10 ayı ərzində ölkəyə 12,8 milyon ABŞ dolları dəyərində elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T19:26+0400
2022-12-13T19:26+0400
2022-12-13T19:26+0400
minik avtomobilləri
cəmiyyət
idxal
avro
standart
https://cdnn1.img.sputnik.az/img/42381/09/423810958_0:350:2905:1984_1920x0_80_0_0_53597ad132005c9bc10a5d7bbfb64130.jpg
BAKI, 13 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib."Avtomobillərə "Avro-4" standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil", - deyə o qeyd edib.Azərbaycan avtomobil idxalını 17% azaldıbBu ilin yanvar-oktyabr aylarında Azərbaycana 829,3 milyon ABŞ dolları dəyərində 60790 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4% çox və 16,6% azdır.İlk 10 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 87,6% dəfə artaraq 349 ədəd (47,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 17,5% azalaraq 56092 ədəd (664,1 milyon ABŞ dolları dəyərində) təşkil edib.Bu avtomobillərin 9770-u (119,8 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 368-i (12,8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42381/09/423810958_169:0:2900:2048_1920x0_80_0_0_da49ab0b3e0e61238cc66ab005876f54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
minik avtomobilləri, idxal, avro, standart
minik avtomobilləri, idxal, avro, standart
Minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydası elektronlaşdırılacaq
Cari ilin 10 ayı ərzində ölkəyə 12,8 milyon ABŞ dolları dəyərində elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
BAKI, 13 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Avtomobillərə "Avro-4" standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil", - deyə o qeyd edib.
Azərbaycan avtomobil idxalını 17% azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 829,3 milyon ABŞ dolları dəyərində 60790 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4% çox və 16,6% azdır.
İlk 10 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 87,6% dəfə artaraq 349 ədəd (47,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 17,5% azalaraq 56092 ədəd (664,1 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 9770-u (119,8 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 368-i (12,8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.