Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fikrət Əmirovun yubileyi daha bir ölkədə qeyd olunacaq

© Photo : AZƏRTACFikrət Əmirov, arxiv şəkli
Fikrət Əmirov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Proqramda bəstəkarın "Azərbaycan kapriççiosu", "Kürd-ovşarı" simfonik muğamı və digər əsərlər səslənəcək.
BAKI, 13 dekabr — Sputnik. Dekabrın 25-də İsrailin "Hayfa Krieger Auditorium"unda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Proqramda Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Hayfa Simfonik Orkestri və tanınmış pianoçu Murad Hüseynovun ifasında bəstəkarın "Azərbaycan kapriççiosu", "Kürd-ovşarı" simfonik muğamı və digər əsərlər səslənəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 15-də görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar Azərbaycanda və bir çox xarici ölkələrdə konsert proqramları təşkil olunub.
Bundan başqa, Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilib.
Xəbər lenti
0