Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistanın Laçın yolunun bağlanması barədə iddialarını qətiyyətlə rədd edirik - Hacıyev

© Photo : AZERTAGPrezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.
BAKI, 13 dekabr - Sputnik. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik. Azərtac xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.
"Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir", - deyə o bildirib.
Ermənistanın sabiq rəhbərləri R.Köçaryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə toxunan Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib.
© Photo : Union of Voluntary Organizations of AzerbaijanŞuşa-Xankəndi yolunda ekoloji fəallar və Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin təşkil etdiyi etiraz aksiyası
Aкция протеста, организованная экоактивистами и представители неправительственных организаций Азербайджана (НПО) на участке автодороги Шуша - Ханкенди  - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Şuşa-Xankəndi yolunda ekoloji fəallar və Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin təşkil etdiyi etiraz aksiyası
Qeyd edək ki, bir qədər əvvəl Prezidentin köməkçisi "Qızılbulaq" yatağından qanunsuz istifadə dayandırılmalı olduğunu da deyib:
“Sizi Şuşa-Laçın yolundakı son vəziyyət, real vəziyyət barədə məlumatlandırmaq istəyirik. Çünki lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük”.
Hikmət Hacıyev deyib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur.
"Biz "Qızılbulaq" yatağında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır", – deyə Hikmət Hacıyev vurğulayıb.
Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.
Məlumat üçün deyək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.
Xəbər lenti
0