https://sputnik.az/20221213/ermenilerin-oz-saytlarinda-qizilbulaqda-zavodun-tikimesi-haqda-melumat-yer-alib-449593911.html
"Qızılbulaq"da qanunsuz istismarın nə qədər olduğunu dəqiq bilmirik - Şirkət rəsmisi
"Qızılbulaq"da qanunsuz istismarın nə qədər olduğunu dəqiq bilmirik - Şirkət rəsmisi
Sputnik Azərbaycan
Şirkətin maliyyə direktoru bildirib ki, yataqda nə qədər hasilat olduğunu dəqiq demək mümkün deyil. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T17:36+0400
2022-12-13T17:36+0400
2022-12-13T17:39+0400
azərbaycan
qarabağ
azərbaycan xəbərləri
"qızılbulaq" yatağı
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433649912_0:192:3240:2015_1920x0_80_0_0_b442db9db47fce8341f7c886adaabdc4.jpg
BAKI, 13 dekabr — Sputnik. "Ermənilərin "Qızılbulaq" yatağından qanunsuz istismarı aşkarlanarsa, bununla bağlı bir tədbir görüləcək. Monitorinqlər aparıldıqdan sonra bu məsələyə baxılacaq". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Anglo-Asian Mining Company"nin maliyyə direktoru İlham Xəlilov deyib.Hələlik ki, monitorinqlər aparılmadığı üçün biz şirkət olaraq sadəcə internetə çıxışı mümkün olan informasiyalardan isitfadə edərək bildiririk ki, müəyyən illərdə hansısa şirkətlər həmin ərazidə işləyib. Bu məlumatları dolayı yollarla tapırıq, birbaşa olaraq məlumatlar yoxdur.O bidirib ki, həmin ərazidə istismarın olduğu dəqiqdir:"Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Şirkətin saytında qeyd olunur ki, buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair ehtimallar var.Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433649912_358:0:3087:2047_1920x0_80_0_0_d21d1b147a7678c0199c434c3c23e3e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qarabağ, "qızılbulaq" yatağı, şirkət
azərbaycan, qarabağ, "qızılbulaq" yatağı, şirkət
"Qızılbulaq"da qanunsuz istismarın nə qədər olduğunu dəqiq bilmirik - Şirkət rəsmisi
17:36 13.12.2022 (Yenilənib: 17:39 13.12.2022) Şirkətin maliyyə direktoru bildirib ki, yataqda nə qədər hasilat olduğunu dəqiq demək mümkün deyil.
BAKI, 13 dekabr — Sputnik. "Ermənilərin "Qızılbulaq" yatağından qanunsuz istismarı aşkarlanarsa, bununla bağlı bir tədbir görüləcək. Monitorinqlər aparıldıqdan sonra bu məsələyə baxılacaq". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Anglo-Asian Mining Company"nin maliyyə direktoru İlham Xəlilov deyib.
Hələlik ki, monitorinqlər aparılmadığı üçün biz şirkət olaraq sadəcə internetə çıxışı mümkün olan informasiyalardan isitfadə edərək bildiririk ki, müəyyən illərdə hansısa şirkətlər həmin ərazidə işləyib. Bu məlumatları dolayı yollarla tapırıq, birbaşa olaraq məlumatlar yoxdur.
O bidirib ki, həmin ərazidə istismarın olduğu dəqiqdir:
"Çünki ermənilərin öz saytlarında da həmin əraizdə zavodun tikiməsi haqda məlumat yer alıb. Rəqəmlərə gəldikdə isə, biz bunu təxmini açıqlaya bilirik. Yəni, nə qədər istesal olub, bunu dəqiq demək hələlik ki, mümkün deyil".
"Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Şirkətin saytında qeyd olunur ki, buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair ehtimallar var.
Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.