https://sputnik.az/20221213/cin-alimleri-yasil-isigin-agrilari-nece-aradan-qaldirdigini-aciqlayiblar-449557686.html
Çin alimləri yaşıl işığın ağrıları necə aradan qaldırdığını açıqlayıblar
Çin alimləri yaşıl işığın ağrıları necə aradan qaldırdığını açıqlayıblar
Sputnik Azərbaycan
Bu yaxınlarda alimlər müəyyən ediblər ki, yaşıl işıq artrit, miqren və fibromiyalgiya kimi xəstəlikləri olan insanlarda ağrı səviyyəsini azaldır, lakin bunun... 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T08:04+0400
2022-12-13T08:04+0400
2022-12-13T10:42+0400
çin
elm
alimlər
yaşıl
işıq
https://cdnn1.img.sputnik.az/img/42437/23/424372362_0:24:3108:1772_1920x0_80_0_0_4fab54ee2814b662fdbc575b344dc3f4.jpg
BAKI, 12 dekabr — Sputnik. Fudan Universitetindən bir qrup tədqiqatçı yaşıl işığın ağrıları azaltmağa necə kömək etdiyini öyrənmək üçün siçanlarda gözlərdən beyinə qədər neyron fəaliyyətini izləyiblər."Gazeta.Ru" xəbər verir ki, tədqiqatın nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.Bu yaxınlarda alimlər müəyyən ediblər ki, yaşıl işıq artrit, miqren və fibromiyalgiya kimi xəstəlikləri olan insanlarda ağrı səviyyəsini azaldır, lakin bunun səbəbləri sirr olaraq qalıb. Bu suala cavab vermək üçün tədqiqatçılar siçanlar üzərində bir sıra təcrübələr aparıblar.Tədqiqatçılar siçanlarda işığın qəbulunda və emalında iştirak edən görmə sisteminin bütün hissələrini tədqiq ediblər. Onların hər birini müxtəlif vaxtlarda söndürərək bunun ağrı hisslərinə necə təsir etdiyini sınaqdan keçiriblər. Nəticədə onlar aşkar ediblər ki, yaşıl işıq müxtəlif neyronların, o cümlədən qorxu və həyəcan hissi ilə əlaqəli fəaliyyətini azaldan qamma-amin yağ turşusunun (QAYT) siqnallarının daha çox ötürülməsinə səbəb olub. Bu, ağrıların azalmasına səbəb olan Penk geninin daha çox ekspresiyasına səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42437/23/424372362_377:0:3108:2048_1920x0_80_0_0_a3117e3e485fd65bb1964ca4cee746f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, alimlər, yaşıl, işıq
çin, alimlər, yaşıl, işıq
Çin alimləri yaşıl işığın ağrıları necə aradan qaldırdığını açıqlayıblar
08:04 13.12.2022 (Yenilənib: 10:42 13.12.2022) Bu yaxınlarda alimlər müəyyən ediblər ki, yaşıl işıq artrit, miqren və fibromiyalgiya kimi xəstəlikləri olan insanlarda ağrı səviyyəsini azaldır, lakin bunun səbəbləri sirr olaraq qalıb.
BAKI, 12 dekabr — Sputnik. Fudan Universitetindən bir qrup tədqiqatçı yaşıl işığın ağrıları azaltmağa necə kömək etdiyini öyrənmək üçün siçanlarda gözlərdən beyinə qədər neyron fəaliyyətini izləyiblər.
"Gazeta.Ru" xəbər verir ki, tədqiqatın nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.
Bu yaxınlarda alimlər müəyyən ediblər ki, yaşıl işıq artrit, miqren və fibromiyalgiya kimi xəstəlikləri olan insanlarda ağrı səviyyəsini azaldır, lakin bunun səbəbləri sirr olaraq qalıb. Bu suala cavab vermək üçün tədqiqatçılar siçanlar üzərində bir sıra təcrübələr aparıblar.
Tədqiqatçılar siçanlarda işığın qəbulunda və emalında iştirak edən görmə sisteminin bütün hissələrini tədqiq ediblər. Onların hər birini müxtəlif vaxtlarda söndürərək bunun ağrı hisslərinə necə təsir etdiyini sınaqdan keçiriblər. Nəticədə onlar aşkar ediblər ki, yaşıl işıq müxtəlif neyronların, o cümlədən qorxu və həyəcan hissi ilə əlaqəli fəaliyyətini azaldan qamma-amin yağ turşusunun (QAYT) siqnallarının daha çox ötürülməsinə səbəb olub. Bu, ağrıların azalmasına səbəb olan Penk geninin daha çox ekspresiyasına səbəb olub.