https://sputnik.az/20221213/azerbaycanin-gorduyu-hazirliqlar-qarabag-zeferini-getirdi----turkiye-xn-449574187.html
Azərbaycanın gördüyü hazırlıqlar Qarabağ zəfərini gətirdi - Türkiyə XİN
Azərbaycanın gördüyü hazırlıqlar Qarabağ zəfərini gətirdi - Türkiyə XİN
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T12:28+0400
2022-12-13T12:28+0400
2022-12-13T12:28+0400
mövlud çavuşoğlu
siyasət
böyük ipək yolu
türkiyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407385_0:0:2962:1666_1920x0_80_0_0_25e7f726d1976a12750508a4f3c8a219.jpg
BAKI, 13 dekabr — Sputnik. "Azərbaycanın işğaldan azad edilən ərazilərində qısa müddət ərzində hava limanlarının tikilməsini, magistral yolların çəkilməsini, kənd təsərrüfatı ilə bağlı real nəticələr verən layihələrinin həyata keçirilməsini gördüyümüz üçün azərbaycanlı qardaşlarımızla fəxr edirik". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında deyib.Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb, bunun nəticəsində Türkiyəni və Türk dünyasını Şərq-Qərb axınının mərkəzinə yerləşdirib:"Azərbaycanla birlikdə Özbəkistan, Qazaxıstan və Türkmənistanla üçtərəfli formatlarımız nəzərəçarpacaq nəticələr verməkdə davam edir. Qismət olsa, sabah səhər Azərbaycan və Türkmənistanla keçirəcəyimiz üçtərəfli zirvə görüşünə hazırlıq üçün energetika və nəqliyyat nazirlərimizlə birlikdə Avazaya gedəcəyik. Müdafiə sənayesindəki uğurlarımız isə çəkindirici gücümüzü artırmaqla yanaşı, diplomatiyada bizim üçün yeni sahələr açıb".Atəşkəs dövründə Azərbaycanın gördüyü hazırlıqların Qarabağ zəfərini gətirdiyini vurğulayan XİN başçısı bildirib ki, Türkiyə qələbədən dərhal sonra sülh və yenidənqurma səylərinə öz dəstəyini göstərib: "Uzaqgörən siyasətlə illərdir Türk Dövlətləri Təşkilatı (TDT) üçün göstərdiyimiz səylər də öz bəhrəsini verir. Ötən ay keçirilən Səmərqənd Sammitində tarixi addımların şahidi olduq".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407385_186:0:2917:2048_1920x0_80_0_0_3c4511156976d9515092c97430ab2172.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mövlud çavuşoğlu, böyük ipək yolu, türkiyə, azərbaycan
mövlud çavuşoğlu, böyük ipək yolu, türkiyə, azərbaycan
Azərbaycanın gördüyü hazırlıqlar Qarabağ zəfərini gətirdi - Türkiyə XİN
Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb.
BAKI, 13 dekabr — Sputnik. "Azərbaycanın işğaldan azad edilən ərazilərində qısa müddət ərzində hava limanlarının tikilməsini, magistral yolların çəkilməsini, kənd təsərrüfatı ilə bağlı real nəticələr verən layihələrinin həyata keçirilməsini gördüyümüz üçün azərbaycanlı qardaşlarımızla fəxr edirik". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında deyib.
Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb, bunun nəticəsində Türkiyəni və Türk dünyasını Şərq-Qərb axınının mərkəzinə yerləşdirib:
"Azərbaycanla birlikdə Özbəkistan, Qazaxıstan və Türkmənistanla üçtərəfli formatlarımız nəzərəçarpacaq nəticələr verməkdə davam edir. Qismət olsa, sabah səhər Azərbaycan və Türkmənistanla keçirəcəyimiz üçtərəfli zirvə görüşünə hazırlıq üçün energetika və nəqliyyat nazirlərimizlə birlikdə Avazaya gedəcəyik. Müdafiə sənayesindəki uğurlarımız isə çəkindirici gücümüzü artırmaqla yanaşı, diplomatiyada bizim üçün yeni sahələr açıb".
Atəşkəs dövründə Azərbaycanın gördüyü hazırlıqların Qarabağ zəfərini gətirdiyini vurğulayan XİN başçısı bildirib ki, Türkiyə qələbədən dərhal sonra sülh və yenidənqurma səylərinə öz dəstəyini göstərib: "Uzaqgörən siyasətlə illərdir Türk Dövlətləri Təşkilatı (TDT) üçün göstərdiyimiz səylər də öz bəhrəsini verir. Ötən ay keçirilən Səmərqənd Sammitində tarixi addımların şahidi olduq".