https://sputnik.az/20221212/ran-xn-rusiya-ile-emekdasliq-ucuncu-olkelere-qarsi-yonelmeyib-449547559.html
İran XİN: Rusiya ilə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib
İran XİN: Rusiya ilə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib
Sputnik Azərbaycan
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölkəsinin Rusiya Federasiyası ərazisində guya pilotsuz uçuş aparatları hazırlaması və Moskvanın... 12.12.2022, Sputnik Azərbaycan
2022-12-12T15:55+0400
2022-12-12T15:55+0400
2022-12-12T15:56+0400
iran
dünya xəbərləri
xin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_0:28:3061:1750_1920x0_80_0_0_3863fb5f94c668a5678f0a041724aa66.jpg
BAKI, 12 dekabr — Sputnik. İranın Rusiya ilə əməkdaşlığı ümumi maraqlara əsaslanır və üçüncü ölkələrə qarşı yönəlməyib. Bu barədə mətbuat konfransında İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi bildirib.İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölkəsinin Rusiya Federasiyası ərazisində guya pilotsuz uçuş aparatları hazırlaması və Moskvanın Tehrandan raketlər alması ilə bağlı bəyanatlar siyasi motivlidir və münaqişə tərəflərindən birini daim silahla təmin edən tərəflərin işidir. İranın mövqeyi dəfələrlə ifadə edilib. Biz Ukraynadakı münaqişənin tərəfi deyilik. Hesab edirik ki, onu bitirməyin yolu diplomatiyadır və biz heç bir tərəfə silah göndərmədiyimizi dəfələrlə vurğulamışıq".Avqust ayında "The Washington Post" qəzeti İranın Rusiyaya öz pilotsuz təyyarələrini verdiyini iddia edən məqalə dərc etmişdi. Daha sonra oxşar bəyanatlar ABŞ administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib. Moskva və Tehran İrana məxsus pilotsuz təyyarələr ilə bağlı iddiaları dəfələrlə təkzib ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür xəbərləri uydurma adlandırıb və vurğulayıb ki, Rusiya ordusu yerli istehsal olan pilotsuz təyyarələrdən istifadə edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_176:0:2907:2048_1920x0_80_0_0_2a1c2a0ac8e879ea2da812105952d0ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, xin, rusiya
İran XİN: Rusiya ilə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib
15:55 12.12.2022 (Yenilənib: 15:56 12.12.2022) İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölkəsinin Rusiya Federasiyası ərazisində guya pilotsuz uçuş aparatları hazırlaması və Moskvanın Tehrandan raketlər alması ilə bağlı bəyanatlar siyasi motivlidir.
BAKI, 12 dekabr — Sputnik. İranın Rusiya ilə əməkdaşlığı ümumi maraqlara əsaslanır və üçüncü ölkələrə qarşı yönəlməyib. Bu barədə mətbuat konfransında İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi bildirib.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölkəsinin Rusiya Federasiyası ərazisində guya pilotsuz uçuş aparatları hazırlaması və Moskvanın Tehrandan raketlər alması ilə bağlı bəyanatlar siyasi motivlidir və münaqişə tərəflərindən birini daim silahla təmin edən tərəflərin işidir. İranın mövqeyi dəfələrlə ifadə edilib. Biz Ukraynadakı münaqişənin tərəfi deyilik. Hesab edirik ki, onu bitirməyin yolu diplomatiyadır və biz heç bir tərəfə silah göndərmədiyimizi dəfələrlə vurğulamışıq".
Avqust ayında "The Washington Post" qəzeti İranın Rusiyaya öz pilotsuz təyyarələrini verdiyini iddia edən məqalə dərc etmişdi. Daha sonra oxşar bəyanatlar ABŞ administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib. Moskva və Tehran İrana məxsus pilotsuz təyyarələr ilə bağlı iddiaları dəfələrlə təkzib ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür xəbərləri uydurma adlandırıb və vurğulayıb ki, Rusiya ordusu yerli istehsal olan pilotsuz təyyarələrdən istifadə edir.