NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiymətinin tavanının tətbiqindən sonra Rusiyanın cavabı yaxın günlərdə yekunlaşacaq

© AP Photo / Robert F. BukatyNeft
Neft - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın neft qiymətlərinə tavan həddinin tətbiqinə cavab verməyə hazır olub-olmaması ilə bağlı suala cavab verib.
BAKI, 12 dekabr — Sputnik. Qərbin neft qiymətlərinə tavan tətbiqindən sonra Rusiyanın cavabı yaxın günlərdə prezidentin fərmanı ilə yekunlaşacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xatırlatmaq istəyirəm ki, Bişkekdə prezident müvafiq fərmanı müzakirə edəcəklərini deyib. Prezident, həmçinin, hələ də müzakirə olunan məqamların olduğunu bildirib. Yaxın günlərdə bu müzakirə yekunlaşacaq və artıq prezidentin fərmanı şəklində institusionallaşdırılacaq", - deyə Peskov Rusiyanın neft qiymətlərinə tavan həddinin tətbiqinə cavab verməyə hazır olub-olmaması ilə bağlı suala cavab verib.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət limiti qoyub. Rusiya baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətlərinə məhdudiyyət qoyulmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şərtləri ilə işləyəcək istehlakçılarla işləməyə hazırdır.
Xəbər lenti
0