https://sputnik.az/20221212/neft-yeni-hefteye-bahalasma-ile-baslayib-449532042.html
Neft yeni həftəyə bahalaşma ilə başlayıb
Neft yeni həftəyə bahalaşma ilə başlayıb
Sputnik Azərbaycan
ABŞ-dakı "Keystone" boru xəttinin bağlı qalması və Çində karantin tədbirlərinin yumşaldılması neft bazarına müsbət təsir göstərir. 12.12.2022, Sputnik Azərbaycan
2022-12-12T11:50+0400
2022-12-12T11:50+0400
2022-12-12T11:52+0400
neft-qaz
neft
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444559076_0:0:3307:1861_1920x0_80_0_0_acfa7e3a06db9d47356452453d038a42.jpg
BAKI, 12 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb.London birjasında "Brent" markalı neftin qiyməti 0,45 dollar artaraq 76,55 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,62 dollar bahalaşaraq 71,64 dollar olub.Neft qiymətləri yeni həftəyə bahalaşma ilə başlayıb. Səbəb ABŞ-dakı "Keystone" boru xəttinin bağlı qalması və Çində karantin tədbirlərinin yumşaldılmasının tələbə təsiridir. ABŞ-da kritik "Keystone" xəttinin bağlı qalması neft qiymətlərinin qalxmasında mühüm rol oynayıb. Kanadadan ABŞ-a gündəlik 600 min bareldən çox neft daşınan "Keystone" boru kəməri keçən həftə sızma səbəbindən bağlanıb.Qeyd edək ki, Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir. Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 20 günə yaxın bağlı olan istirahət məkanları, o cümlədən parklar açılıb, kafe və restoranlarda yerində xidmətlər bərpa olunub. Bu, hökumətin COVID-19 virusu ilə mübarizə tədbirlərini mərhələli şəkildə yumşaltmaq qərarından sonra reallaşıb.Yay aylarından başlayan pandemiyanın hazırkı dalğasında Çinin bir neçə iri şəhərində, o cümlədən paytaxt Pekində epidemik vəziyyət ağırlaşmışdı. Noyabrın ortasından etibarın Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanmış, gözəllik salonları fəaliyyətini dayandırmışdı. Son günlər epidemik vəziyyətin getdikcə yaxşılaşması fonunda bu qadağaların bəziləri aradan qaldırılsa da, orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin əyani formada təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.Onu da bildirək ki, "Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb.Bu arada Səudiyyə Ərəbistanı Asiya ölkələri üçün neft qiymətlərini aşağı salıb. Bu addım tələbin az olması ilə bağlıdır. Qiymət hazırda mart ayından bəri ən aşağı səviyyədədir.Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 1,42 dollar artaraq 79,49 dollar olub.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444559076_0:0:2731:2048_1920x0_80_0_0_2c7cd016266c7def617ca641cebcf7ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, neft qiymətləri
Neft yeni həftəyə bahalaşma ilə başlayıb
11:50 12.12.2022 (Yenilənib: 11:52 12.12.2022) ABŞ-dakı "Keystone" boru xəttinin bağlı qalması və Çində karantin tədbirlərinin yumşaldılması neft bazarına müsbət təsir göstərir.
BAKI, 12 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,45 dollar artaraq 76,55 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,62 dollar bahalaşaraq 71,64 dollar olub.
Neft qiymətləri yeni həftəyə bahalaşma ilə başlayıb. Səbəb ABŞ-dakı "Keystone" boru xəttinin bağlı qalması və Çində karantin tədbirlərinin yumşaldılmasının tələbə təsiridir. ABŞ-da kritik "Keystone" xəttinin bağlı qalması neft qiymətlərinin qalxmasında mühüm rol oynayıb. Kanadadan ABŞ-a gündəlik 600 min bareldən çox neft daşınan "Keystone" boru kəməri keçən həftə sızma səbəbindən bağlanıb.
Qeyd edək ki, Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir. Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 20 günə yaxın bağlı olan istirahət məkanları, o cümlədən parklar açılıb, kafe və restoranlarda yerində xidmətlər bərpa olunub. Bu, hökumətin COVID-19 virusu ilə mübarizə tədbirlərini mərhələli şəkildə yumşaltmaq qərarından sonra reallaşıb.
Yay aylarından başlayan pandemiyanın hazırkı dalğasında Çinin bir neçə iri şəhərində, o cümlədən paytaxt Pekində epidemik vəziyyət ağırlaşmışdı. Noyabrın ortasından etibarın Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanmış, gözəllik salonları fəaliyyətini dayandırmışdı. Son günlər epidemik vəziyyətin getdikcə yaxşılaşması fonunda bu qadağaların bəziləri aradan qaldırılsa da, orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin əyani formada təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
Onu da bildirək ki, "Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb.
Bu arada Səudiyyə Ərəbistanı Asiya ölkələri üçün neft qiymətlərini aşağı salıb. Bu addım tələbin az olması ilə bağlıdır. Qiymət hazırda mart ayından bəri ən aşağı səviyyədədir.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 1,42 dollar artaraq 79,49 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.