DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan baş nazirinin müavini vəzifəsindən azad edilib

© AFP 2023 / BRENDAN SMIALOWSKISənədin imzalanması, arxiv şəkli
Sənədin imzalanması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Daha əvvəl Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.
BAKI, 12 dekabr - Sputnik. Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan müvafiq sərəncam imzalayıb.
“Baş nazirin təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna uyğun olaraq, Ambarsum Matevosyan baş nazirin müavini vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib, onun müavini Janna Andreasyan da Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.
Xəbər lenti
0