DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Yunanıstanı "Tayfun"la hədələdi

© AFP 2024 / GABRIEL BOUYSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
"Tayfun" raketi 2022-ci ilin oktyabrında Qara dəniz üzərində sınaqdan keçirilib və təxminən 560 kilometr məsafədə hədəfi vurub.
BAKI, 12 dekabr — Sputnik. Əgər yunan rəsmiləri Egey dənizindəki adalarda hərbi gücünü artırmağa davam edərsə, Türkiyə Yunanıstana xəbərdarlıq edir ki, raketi Afinaya çata bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda çıxışı zamanı deyib.
"İndi biz öz raketlərimizi istehsal etməyə başlamışıq" - deyən Ərdoğan bildirib ki, sözsüz bunlar yunanları qorxudur. "Tayfun" deyəndə yunan qorxur və Afina vurulacaq" deyirlər. Əlbəttə ki, vurulacaq."
"Tayfun" Türkiyədə hazırlanmış qısa mənzilli ballistik raketlərdir. Raket 2022-ci ilin oktyabrında Qara dəniz üzərində sınaqdan keçirilib və təxminən 560 kilometr məsafədə hədəfi vurub ki, bu da Türkiyənin arsenalındakı aktiv silahların məsafəsindən iki dəfə çoxdur.
"Sakit qalmasanız, Türkiyə kimi bir ölkə kənarda dayanmayacaq. Biz nəsə etməli olacağıq", - deyə Ərdoğan əlavə edib.
Türkiyə son aylarda Yunanıstana qarşı ritorikasını sərtləşdirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bidlirib ki, Türkiyə Yunanıstanın təxribatlarını davam etdirəcəyi təqdirdə Egey adalarının suverenliyinin tanınması məsələsini gündəmə gətirəcək.
Yunanıstan Baş nazir Kiriakos Mitsotakis Ərdoğanın hərbi ekspansiyanın nəticələri ilə bağlı sözlərinə cavab olaraq bildirib ki, ölkəsinin sərhədlərini pozan istənilən ölkə cəzalandırılacaq.
Mitsotakis qeyd edib ki, Yunanıstan öz təhlükəsizliyini gücləndirmək üçün dəniz qüvvələrini gücləndirməkdə qərarlıdır.
Xəbər lenti
0