NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Ər-Riyad Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı ciddi nəticələr görmür

© AFP 2024 / DELIL SOULEIMANNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Səudiyyə Ərəbistanının energetika naziri Rusiya neftinin qiymətinə yuxarı həddi tətbiq etməyi səmərəsiz hesab edib.
BAKI, 12 dekabr - Sputnik. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Ər-Riyadda keçirilən forumda bildirib ki, Rusiyadan neftə qiymət məhdudiyyətinin tətbiqindən hələlik nəzərəçarpacaq nəticə yoxdur.
"Dekabrın 5-də qüvvəyə minən Rusiyadan neftin tavan qiymətinə gəlincə, bu tədbirin hələ dəqiq nəticəsi yoxdur. Həmçinin bunun həyata keçiriləcəyinə tam əminlik yoxdur", - o vurğulayıb.
Nazirin sözlərinə görə, dünya neft bazarlarında vəziyyəti nəzərdən keçirərkən Moskvanın bu cür sanksiyalara reaksiyasını da nəzərə almaq lazımdır. O qeyd edib ki, bu məhdudlaşdırıcı tədbirlər siyasi məqsədlər üçün istifadə olunur və onların nəticə əldə edib-etməyəcəyi hələlik bəlli deyil.
Ben Salman eyni zamanda neft bazarlarına təsirini davam etdirəcək bir sıra amillərə işarə edib. Onların arasında, xüsusən də Çində COVID-19-a qarşı tədbirlər var.
Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya xammalının qəbulunu dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ neftin dəniz daşımalarında bir barel üçün 60 dollar qiymət limiti qoyub. Daha bahalı neftin daşınması və sığortalanmasının qadağan olunduğu dəqiqləşdirilir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bu qərarı şərh edərkən bildirib ki, Moskva hasilatı azaltmalı olsa belə, neft qiymətlərinə məhdudiyyət qoyulmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilə deməkdir. Onun sözlərinə görə, Rusiya yalnız bazar şərtləri ilə işləyəcək istehlakçılarla əməkdaşlığa hazırdır.
Xəbər lenti
0