Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eldar Qasımov "Avroviziya"ya qayıdır

© Photo : Courtesy of Eldar GasyimovEldar Qasımov
Eldar Qasımov - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Tanınmış müğənni İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Avroviziya-2023"də musiqi prodüseri olmaq təklifini qəbul edib.
BAKI, 12 dekabr - Sputnik. "Avroviziya-2011"in qalibi Eldar Qasımov 2023-cü ildə keçiriləcək Avropa mahnı müsabiqəsindəki Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olub.
Onun sözlərinə görə, bu layihə onun həyatını dəyişib, onu müsabiqə ilə müsbət xatirələr və emosiyalar bağlayır.
"İndi mən başqa qisimdə qayıdıram - İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Avroviziya-2023"də musiqi prodüseri olmaq təklifini qəbul etdim", - Qasımov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) müsabiqənin Azərbaycanda rəsmi yayımçısıdır.
“Avroviziya-2023” mayın 9, 11 və 13-də Liverpulda keçiriləcək. Bundan əvvəl məlum olub ki, müsabiqədə Azərbaycan nümayəndə heyətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Vasif Məmmədov rəhbərlik edəcək.
Xəbər lenti
0