Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dağıstan Azərbaycana bu məhsulları ixrac etməyə başlayacaq

© Sputnik / Murad OrujovAzərbaycan - Rusiya sərhədi
Azərbaycan - Rusiya sərhədi - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Qurumun məlumatına görə, nümayəndə heyəti həmçinin Dağıstan limonadları və şirələrinin tədarükü ilə bağlı razılığa gələ bilib.
BAKI, 12 dekabr — Sputnik. Dağıstan müəssisələri 2023-cü ildən Azərbaycana Kizlyar bıçaqları və ət qəlyanaltıları ixrac etməyə başlayacaqlar. Bu barədə Regional İxraca Dəstək Mərkəzindən bildirilib.
"Azərbaycandan işgüzar missiyanın Dağıstana səfərindən sonra mal və xidmətlərin ixracı üzrə ilk müqavilələr bağlanıb. Kizlyar müəssisəsindən Dağıstan bıçaqlarının və Kizlyar Uritski Ət Kombinatı tərəfindən istehsal olunan ət qəlyanaltılarının Azərbaycana çatdırılmasına yeni ildən başlanacaq", - məlumatda deyilir.
Qurumun məlumatına görə, nümayəndə heyəti həmçinin Dağıstan limonadları və şirələrinin tədarükü ilə bağlı razılığa gələ bilib.
2021-ci ildə Dağıstanla Azərbaycan arasında ixracın həcmi təqribən 8 milyon dollara çatıb, Azərbaycana dondurulmuş və hisə verilmiş balıq, quzu əti, təbii şirələr, meyvə və tərəvəz göndərilir. 2022-ci ildə ilk dəfə Dağıstan istixanaları ölkəyə tədarük edilib.
Xəbər lenti
0