Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda keçmiş prokuroru avtomobil vurub

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
BAKI, 12 dekabr — Sputnik. Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər.
Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.
Xəbər lenti
0