https://sputnik.az/20221211/ukrayna-strijlerinin-amerika-sirri-acildi-449526857.html
Ukrayna “Strij”lərinin Amerika sirri açıldı
Ukrayna “Strij”lərinin Amerika sirri açıldı
Sputnik Azərbaycan
Bu il və gələcəkdə Rusiya strateji sabitlik, bərabər və bölünməz təhlükəsizlik məsələlərində Qərbə birtərəfli güzəştə getmək niyyətində deyil. 11.12.2022, Sputnik Azərbaycan
2022-12-11T23:15+0400
2022-12-11T23:15+0400
2022-12-11T23:15+0400
təhlil
ukrayna
pua
dron
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0b/449523089_0:194:3073:1922_1920x0_80_0_0_e60e086558ba8c5364522026f20895fa.jpg
ABŞ və NATO Ukrayna hərbi əməliyyatlar teatrında öz silah yeniliklərini və təxribatlarını təhlükəli şəkildə “vundervaffe” və Kiyev rejiminin kreativliyi maskası altında gizlədilər, lakin bütün gizlinlər açılır. Bazar ertəsi Rusiya ərazisinin dərinliyində hərbi aerodromlara hücum etmək istəyən “USQ-nin möcüzə dronları” əslində ABŞ-ın Raytheon Technologies korporasiyasının məhsulu imişlər. Və bu Birləşmiş Ştatlara yaxşı heç nə vəd etmir.Rusiyanın Vyanada keçirilən silahlanma üzərində nəzarətə dair danışıqlardakı nümayəndə heyətinin başçısı Konstantin Qavrilov dekabrın 8-də ABŞ və NATO-nu Rusiyanın strateji aerodromlarına hücumda günahlandırdı. Ukraynanın istifadə etdiyi 1000 km məsafəli dronlar 2022-ci ildə Xarkov aviasiya zavodunda Raytheon Technologies mütəxəssislərinin birbaşa iştirakı ilə modernləşdirilib. ABŞ nümayəndələri hücumun texniki hazırlığında iştirak ediblər. Bundan əlavə, hədəflərin böyük əksəriyyəti Kiyev rejiminin qərbdəki ağaları tərəfindən müəyyənləşdirilib.Qavrilov həmçinin qeyd edib ki, NATO ölkələri çoxdan və fəal şəkildə öz kosmik sistemlərindən USQ-nin kəşfiyyat-informasiya təminatı üçün istifadə edirlər və “Ukraynanın” Tu-141 “Strij” dronları ABŞ-ın qlobal GPS peyk sisteminin köməyilə hədəfə yönləndirilir. Beləliklə, real hərbi şəraitdə ABŞ SQ-nin komandanlığının komponentləri qismində mülki peyk qruplaşmalarının tətbiqinin yeni üsulları sınaqdan keçirilir – Vaşinqton Qiyamət gününə tələsir.Hərbi analitik və ABŞ Dəniz piyadaları korpusunun keçmiş zabiti Skott Ritter hadisələrin təsvirini dolğunlaşıdırıb: “Əgər Tu-141-lər düz xətlə uçsa idilər, onları dərhal vurardılar. ABŞ Rusiya HƏM-ini keçə bilmək üçün PUA-ları modernləşdirməyə kömək edib. Amerikalılar Ukraynaya Rusiya HƏM sistemi barədə kəşfiyyat məlumatlarını ötürüblər”. Faktiki olaraq, Ritter Pentaqonu Üçüncü dünya müharibəsini başlatmaq məqsədilə Rusiya HƏM-nin keçilməsini təşkil etməkdə günahlandırıb.Xatırladım ki, Rsuiya Hava-kosmik qüvvələrinin HƏM vasitələri dekabrın 5-də aşağı yüksəklikdə uçaq USQ dronlarını ələ keçirib, lakin yerə düşmə və partlayış nəticəsində üç aerodrom texniki həlak olub, dörd nəfər isə yaralanıb. Və dekabrın 7-də Rusiya lideri Vladimir Putin nüvə təhlükəsinin artdığını deyəndə, ola bilsin ki, sonuncu dəfə Vaşinqtona xəbərdarlıq edirdi.Çoxdəfəlik əməliyyat-taktiki Tu-141 “Strij” PUA-sı yarım əsr əvvəl Tupolev KB-da hazırlanıb. Xarkov aviazavodunda Tu-1411979-1989-cu illərdə buraxılıb (cəmi 152 ədəd). 14,3 m uzunluğunda və 5370 kq-lıq PUA cəghə xəttindən yüzlərlə kilometr dərinliyə kəşfiyyat üçün nəzərdə tutulurdu (fotoaparatura daşıyırdı). Maksimal sürət - 1110 km/saat, hündürlük - 6000 m, minimal uçuş yüksəkliyi - 50 m, məsafə - 1000 km-dək. Öz dövrü üçün əla maşın idi.Tu-141 PUA proqramlaşdırıla bilən avtomatik idarəetmə sistemi alıb, verilən proqrama uyğun olaraq uçur. O, paraşüt sisteminin köməyi ilə yerə enir. 1990-cı illərin əvvəllərinə qədər xidmət edib, köhnəlib. SSRİ-nin dağılmasından sonra “Strij”lərin əhəmiyyətli hissəsi Ukrayna Silahlı Qüvvələrinə gedib. Əgər 21-ci əsrin Rusiyasında pilotsuz Tu-141-lər canlı atəş təlimləri zamanı hava hücumundan müdafiə ekipajlarının hazırlanması üçün hədəf kimi istifadə olunurdusa, Ukrayna nümunələrini 2022-ci ilə qədər anbarda toz basırdı.Hadisələrin sonrakı inkişafı Amerikanın Politico nəşri tərəfindən "Ukrayna müdafiə sənayesinin yenilik etmək bacarığı" kimi təsvir edilir və Ukrayna Silahlı Qüvvələrinin gəmi əleyhinə "Neptun" unun uğurlarını xatırladır. “The New York Times” da Ukrayna hərbi-sənaye kompleksinin “müstəqilliyinə” diqqət yetirir. Kiyev mənbələri məcazi müqayisədən istifadə edir: “Sovet “Strij” PUA-nın gövdəsini götürüb onu yeni elektronika və Qərb yenilikləri ilə doldurursan – bu, 2022-ci ilin Ferrari mühərrikini 1970-ci illərdə istehsal edilmiş “Zaporojets”ə yerləşdirmək kimidir. Sonra camaata deməyə başlayırsan ki, bu, həmin “Zaporojets”dir.Burada başa düşmək vacibdir ki, yalnız müasir naviqasiya və idarəetmə sistemlərinə, Yerə yaxın orbitdə peyk bürclərinə sahib olan mütəxəssislər modernləşdirilmiş “Zaporojets”ləri məqsədə (marşrutun planlaşdırılması) sürməyə qadirdirlər. Təbii ki, bunlar xüsusi xidmət orqanları və ABŞ Kosmik Qüvvələridir, Ukrayna Silahlı Qüvvələrinin hipotetik xüsusi təyinatlıları, yəni, Polşada tələsik təlim keçmiş neobanderaçılar yox.Qərb Rusiya ilə qarşıdurmada payı artırmamaq üçün yüksək texnologiyalı silahlarını Ukrayna teatrında kamuflyaj etməkdə davam edir. Digər tərəfdən, NATO-nun arsenalları sürətlə boşalır. Hərbi-sənaye kompleksi istehsalının artması çoxlu pul və vaxt tələb edir (ikincisi ilə problem var). Avropalı müttəfiqlər “hegemon”a inamını itirir və hətta ABŞ-ın israrlı inandırması belə Almaniyaya daha tez “intihar” etməyə, yəni, Ukraynanı “Leopard 2” tankları ilə təchiz etməyə kömək etmir. Almaniya hökuməti amerikalılardan nümunə gözləyir.İstənilən halda, bu il və gələcəkdə Rusiya strateji sabitlik, bərabər və bölünməz təhlükəsizlik məsələlərində Qərbə birtərəfli güzəştə getmək niyyətində deyil. Moskva milli maraqları dinc (diplomatik yolla) və “bütün mümkün vasitələrlə” müdafiə etməyə hazırdır. Amerika “yönümlü” Ukrayna “Strij”ləri heç kimə dünənə qayıtmağa kömək etməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0b/449523089_108:0:2839:2048_1920x0_80_0_0_0438136da633ee496ded5fbd5dbe2996.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
ukrayna, pua, dron
Ukrayna “Strij”lərinin Amerika sirri açıldı
Bu il və gələcəkdə Rusiya strateji sabitlik, bərabər və bölünməz təhlükəsizlik məsələlərində Qərbə birtərəfli güzəştə getmək niyyətində deyil.
ABŞ və NATO Ukrayna hərbi əməliyyatlar teatrında öz silah yeniliklərini və təxribatlarını təhlükəli şəkildə “vundervaffe” və Kiyev rejiminin kreativliyi maskası altında gizlədilər, lakin bütün gizlinlər açılır. Bazar ertəsi Rusiya ərazisinin dərinliyində hərbi aerodromlara hücum etmək istəyən “USQ-nin möcüzə dronları” əslində ABŞ-ın Raytheon Technologies korporasiyasının məhsulu imişlər. Və bu Birləşmiş Ştatlara yaxşı heç nə vəd etmir.
Rusiyanın Vyanada keçirilən silahlanma üzərində nəzarətə dair danışıqlardakı nümayəndə heyətinin başçısı Konstantin Qavrilov dekabrın 8-də ABŞ və NATO-nu Rusiyanın strateji aerodromlarına hücumda günahlandırdı. Ukraynanın istifadə etdiyi 1000 km məsafəli dronlar 2022-ci ildə Xarkov aviasiya zavodunda Raytheon Technologies mütəxəssislərinin birbaşa iştirakı ilə modernləşdirilib. ABŞ nümayəndələri hücumun texniki hazırlığında iştirak ediblər. Bundan əlavə, hədəflərin böyük əksəriyyəti Kiyev rejiminin qərbdəki ağaları tərəfindən müəyyənləşdirilib.
Qavrilov həmçinin qeyd edib ki, NATO ölkələri çoxdan və fəal şəkildə öz kosmik sistemlərindən USQ-nin kəşfiyyat-informasiya təminatı üçün istifadə edirlər və “Ukraynanın” Tu-141 “Strij” dronları ABŞ-ın qlobal GPS peyk sisteminin köməyilə hədəfə yönləndirilir. Beləliklə, real hərbi şəraitdə ABŞ SQ-nin komandanlığının komponentləri qismində mülki peyk qruplaşmalarının tətbiqinin yeni üsulları sınaqdan keçirilir – Vaşinqton Qiyamət gününə tələsir.
Hərbi analitik və ABŞ Dəniz piyadaları korpusunun keçmiş zabiti Skott Ritter hadisələrin təsvirini dolğunlaşıdırıb: “Əgər Tu-141-lər düz xətlə uçsa idilər, onları dərhal vurardılar. ABŞ Rusiya HƏM-ini keçə bilmək üçün PUA-ları modernləşdirməyə kömək edib. Amerikalılar Ukraynaya Rusiya HƏM sistemi barədə kəşfiyyat məlumatlarını ötürüblər”. Faktiki olaraq, Ritter Pentaqonu Üçüncü dünya müharibəsini başlatmaq məqsədilə Rusiya HƏM-nin keçilməsini təşkil etməkdə günahlandırıb.
Xatırladım ki, Rsuiya Hava-kosmik qüvvələrinin HƏM vasitələri dekabrın 5-də aşağı yüksəklikdə uçaq USQ dronlarını ələ keçirib, lakin yerə düşmə və partlayış nəticəsində üç aerodrom texniki həlak olub, dörd nəfər isə yaralanıb. Və dekabrın 7-də Rusiya lideri Vladimir Putin nüvə təhlükəsinin artdığını deyəndə, ola bilsin ki, sonuncu dəfə Vaşinqtona xəbərdarlıq edirdi.
Çoxdəfəlik əməliyyat-taktiki Tu-141 “Strij” PUA-sı yarım əsr əvvəl Tupolev KB-da hazırlanıb. Xarkov aviazavodunda Tu-1411979-1989-cu illərdə buraxılıb (cəmi 152 ədəd). 14,3 m uzunluğunda və 5370 kq-lıq PUA cəghə xəttindən yüzlərlə kilometr dərinliyə kəşfiyyat üçün nəzərdə tutulurdu (fotoaparatura daşıyırdı). Maksimal sürət - 1110 km/saat, hündürlük - 6000 m, minimal uçuş yüksəkliyi - 50 m, məsafə - 1000 km-dək. Öz dövrü üçün əla maşın idi.
Tu-141 PUA proqramlaşdırıla bilən avtomatik idarəetmə sistemi alıb, verilən proqrama uyğun olaraq uçur. O, paraşüt sisteminin köməyi ilə yerə enir. 1990-cı illərin əvvəllərinə qədər xidmət edib, köhnəlib. SSRİ-nin dağılmasından sonra “Strij”lərin əhəmiyyətli hissəsi Ukrayna Silahlı Qüvvələrinə gedib. Əgər 21-ci əsrin Rusiyasında pilotsuz Tu-141-lər canlı atəş təlimləri zamanı hava hücumundan müdafiə ekipajlarının hazırlanması üçün hədəf kimi istifadə olunurdusa, Ukrayna nümunələrini 2022-ci ilə qədər anbarda toz basırdı.
Hadisələrin sonrakı inkişafı Amerikanın Politico nəşri tərəfindən "Ukrayna müdafiə sənayesinin yenilik etmək bacarığı" kimi təsvir edilir və Ukrayna Silahlı Qüvvələrinin gəmi əleyhinə "Neptun" unun uğurlarını xatırladır. “The New York Times” da Ukrayna hərbi-sənaye kompleksinin “müstəqilliyinə” diqqət yetirir. Kiyev mənbələri məcazi müqayisədən istifadə edir: “Sovet “Strij” PUA-nın gövdəsini götürüb onu yeni elektronika və Qərb yenilikləri ilə doldurursan – bu, 2022-ci ilin Ferrari mühərrikini 1970-ci illərdə istehsal edilmiş “Zaporojets”ə yerləşdirmək kimidir. Sonra camaata deməyə başlayırsan ki, bu, həmin “Zaporojets”dir.
Burada başa düşmək vacibdir ki, yalnız müasir naviqasiya və idarəetmə sistemlərinə, Yerə yaxın orbitdə peyk bürclərinə sahib olan mütəxəssislər modernləşdirilmiş “Zaporojets”ləri məqsədə (marşrutun planlaşdırılması) sürməyə qadirdirlər. Təbii ki, bunlar xüsusi xidmət orqanları və ABŞ Kosmik Qüvvələridir, Ukrayna Silahlı Qüvvələrinin hipotetik xüsusi təyinatlıları, yəni, Polşada tələsik təlim keçmiş neobanderaçılar yox.
Qərb Rusiya ilə qarşıdurmada payı artırmamaq üçün yüksək texnologiyalı silahlarını Ukrayna teatrında kamuflyaj etməkdə davam edir. Digər tərəfdən, NATO-nun arsenalları sürətlə boşalır. Hərbi-sənaye kompleksi istehsalının artması çoxlu pul və vaxt tələb edir (ikincisi ilə problem var). Avropalı müttəfiqlər “hegemon”a inamını itirir və hətta ABŞ-ın israrlı inandırması belə Almaniyaya daha tez “intihar” etməyə, yəni, Ukraynanı “Leopard 2” tankları ilə təchiz etməyə kömək etmir. Almaniya hökuməti amerikalılardan nümunə gözləyir.
İstənilən halda, bu il və gələcəkdə Rusiya strateji sabitlik, bərabər və bölünməz təhlükəsizlik məsələlərində Qərbə birtərəfli güzəştə getmək niyyətində deyil. Moskva milli maraqları dinc (diplomatik yolla) və “bütün mümkün vasitələrlə” müdafiə etməyə hazırdır. Amerika “yönümlü” Ukrayna “Strij”ləri heç kimə dünənə qayıtmağa kömək etməyəcək.