DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rəşid Meredov: "BMT nizamnaməsini dünya birliyi üçün konstitusiyadır"

© AP Photo / Ronald ZakШтаб-квартира УНП ООН
Штаб-квартира УНП ООН - Sputnik Azərbaycan, 1920, 11.12.2022
Abunə olmaq
Rəşid Meredovun sözlərinə görə, BMT-ni əvəz edə biləcək beynəlxalq təşkilatlar yoxdur
BAKI, 11 dekabr - Sputnik. BMT Nizamnaməsi hazırda bütün dünya birliyi üçün konstitusiyadır, BMT-ni əvəz edə biləcək beynəlxalq təşkilatlar yoxdur. Bu fikri Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, bu ölkənin xarici işlər naziri Rəşid Meredov deyib.
"Bu gün onun BMT fəaliyyətini əvəz edə biləcək başqa heç bir beynəlxalq struktur yoxdur. BMT Nizamnaməsi bu gün dünya birliyinin konstitusiyasıdır. 70 il əvvəl qəbul edilmiş, beynəlxalq məsələlərdə sülhün, əməkdaşlığın və hörmətin təmin edilməsi üçün dəyərlər hələ də qorunur, bu, müasir dünya üçün əhəmiyyət kəsb edir. Biz sülhün və dialoqun qorunmasında BMT-nin aparıcı roluna çox inanırıq”, - Meredov Aşqabadda keçirilən “Dialoq sülhün təminatıdır” adlı beynəlxalq konfransda deyib.
O, həmçinin qeyd edib ki, artan hərbi-siyasi qarşıdurmalar, pandemiyanın nəticələri ilə bağlı problemlər, ərzaq böhranı, informasiya müharibələri, bir-birinə inamın itirilməsi, qlobal iqtisadi çağırışlar - bütün bunların ciddi nəticələri var, bu çağırışlar bəşəriyyəti dəyişir. "Yalnız əməkdaşlıq, etimad, birgə səylərlə gələcək nəsillərimiz üçün dinc və proqnozlaşdırıla bilən gələcəyə təminat verə bilərik. Türkmənistan BMT-ni dünya ictimaiyyəti üçün ən dəyərli nailiyyət hesab edir", - Meredov yekunlaşdırıb.
Bazar günü Türkmənistanın neytral statusunun 27-ci ildönümü ərəfəsində “Dialoq sülhün qarantıdır” adlı beynəlxalq konfrans keçirilir. Respublikanın neytrallıq günü hər il dekabrın 12-də qeyd olunur, ölkədə həmin gün istirahət günüdür.
Xəbər lenti
0