DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş: Dünyadakı böhran çoxtərəfli əməkdaşlığa çevrilməlidir

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidBMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 11.12.2022
Abunə olmaq
BMT-nin baş katibi “Dialoq sülhün təminatıdır” konfransının iştirakçılarına müraciət ünvanlayıb.
BAKI, 11 dekabr - Sputnik. Hazırda dünyada mövcud olan münaqişələr və gərginliklər çoxtərəfli əməkdaşlığa çevrilməlidir. Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"Münaqişələrlə və gərginliklərlə parçalanmış dünyada çoxtərəfli əməkdaşlığın əsasını təşkil edən prinsiplər böyük gərginlik altındadır. Biz hazırkı böhran anını çoxtərəflilik məqamına çevirməliyik", - o, konfrans iştirakçılarına müraciətində deyib.
Bazar günü Aşqabadda Türkmənistanın neytral statusunun 27-ci ildönümü ərəfəsində “Dialoq sülhün qarantıdır” adlı beynəlxalq konfrans keçirilir. Türkmənistanın neytrallıq günü hər il dekabrın 12-də qeyd olunur, ölkədə həmin gün istirahət günüdür.
Xəbər lenti
0