https://sputnik.az/20221211/gencede-kutlevi-dava-zamani-1-nefer-gullelenib-449523247.html
Baş Prokurorluq və DİN Gəncədəki kütləvi dava ilə bağlı birgə məlumat yayıb
Baş Prokurorluq və DİN Gəncədəki kütləvi dava ilə bağlı birgə məlumat yayıb
Sputnik Azərbaycan
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 11.12.2022, Sputnik Azərbaycan
2022-12-11T22:07+0400
2022-12-11T22:07+0400
2022-12-12T10:28+0400
hadisə
güllələnmə
gəncə
kütləvi dava
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424993335_0:55:3073:1784_1920x0_80_0_0_a85d32895f90d4399b8a38b383a7dcc7.jpg
BAKI, 11 dekabr - Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili Ìşlər Nazirliyi Gəncədəki qətllə bağlı birgə məlumat yayıb.Birgə məlumatda bildirilir ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları - 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı - 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam edir.***Gəncədə kütləvi davada qətlə yetirilən şəxs "Vinçester" markalı tüfənglə güllələnib.Bu barədə APA məlumat əldə edib.1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar. İlkin məlumata görə davaya pul məsələsi səbəb olub.Hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb.Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424993335_338:0:3069:2048_1920x0_80_0_0_e79f73be002a6ec1270d4e187be25b04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güllələnmə, gəncə, kütləvi dava
güllələnmə, gəncə, kütləvi dava
Baş Prokurorluq və DİN Gəncədəki kütləvi dava ilə bağlı birgə məlumat yayıb
22:07 11.12.2022 (Yenilənib: 10:28 12.12.2022) Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
BAKI, 11 dekabr - Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili Ìşlər Nazirliyi Gəncədəki qətllə bağlı birgə məlumat yayıb.
Birgə məlumatda bildirilir ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları - 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı - 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Gəncədə kütləvi davada qətlə yetirilən şəxs "Vinçester" markalı tüfənglə güllələnib.
Bu barədə APA məlumat əldə edib.
1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar. İlkin məlumata görə davaya pul məsələsi səbəb olub.
Hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb.
Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.