https://sputnik.az/20221211/erdoganla-putin-taxil-dehlizi-ve-terrorla-mubarizeni-muzakire-edib-449520215.html
Ərdoğanla Putin taxıl dəhlizi və terrorla mübarizəni müzakirə edib
Ərdoğanla Putin taxıl dəhlizi və terrorla mübarizəni müzakirə edib
Sputnik Azərbaycan
Danışıq zamanı qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir. 11.12.2022, Sputnik Azərbaycan
2022-12-11T15:59+0400
2022-12-11T15:59+0400
2022-12-11T15:59+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
telefon danışığı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156802_0:0:2984:1679_1920x0_80_0_0_7e6367c4ff1ab513e515e53334755689.jpg
BAKI, 11 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında münasibətlər, xüsusilə enerji, “taxıl sazişi” və terrorla mübarizə başda olmaqla regional məsələlər müzakirə edilib.Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 13 milyon tondan çox taxılın ehtiyacı olan dövlətlərə birgə səylər vasitəsi ilə çatdırılmasını təmin etdiyini bildirib.Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların ixracı üzərində işə başlaya bilərlər. O, Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb.Ərdoğan PKK terror təşkilatı və onun qolu PYD/YPG-nin Suriyanın şimalındakı separatçı fəaliyyətlərini və Türkiyəni hədəf alan terror hücumlarını Vladimir Putinin diqqətinə çatdırıb.Qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156802_0:0:2732:2048_1920x0_80_0_0_6e5ea309544174585da539d024d1fbe1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin, telefon danışığı
rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin, telefon danışığı
Ərdoğanla Putin taxıl dəhlizi və terrorla mübarizəni müzakirə edib
Danışıq zamanı qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir.
BAKI, 11 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında münasibətlər, xüsusilə enerji, “taxıl sazişi” və terrorla mübarizə başda olmaqla regional məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 13 milyon tondan çox taxılın ehtiyacı olan dövlətlərə birgə səylər vasitəsi ilə çatdırılmasını təmin etdiyini bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların ixracı üzərində işə başlaya bilərlər. O, Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb.
Ərdoğan PKK terror təşkilatı və onun qolu PYD/YPG-nin Suriyanın şimalındakı separatçı fəaliyyətlərini və Türkiyəni hədəf alan terror hücumlarını Vladimir Putinin diqqətinə çatdırıb.
Qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir.