DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Rusiyanın Su-35 qırıcısını “əvəzolunmaz hərbi sərvət” adlandırdı

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidФорум "Армия-2021". Летная программа
Форум Армия-2021. Летная программа - Sputnik Azərbaycan, 1920, 11.12.2022
Abunə olmaq
Su-35, Soyuq Müharibədən sonrakı hər hansı digər qırıcıdan daha çox düşmən qırıcıları ilə vuruşub.
BAKI, 11 dekabr - Sputnik. ABŞ-ın ixtisaslaşmış “Military Watch Magazine” jurnalı Rusiyanın Su-35 qırıcısını əvəzolunmaz sərvət adlandırıb. Dekabrın 10-da çıxan nəşr, təyyarənin İranın müdafiəsini gücləndirəcəyini yazıb.
"Su-35, Soyuq Müharibədən sonrakı hər hansı digər qırıcıdan daha çox düşmən qırıcıları ilə vuruşub. Onun F-35A və F-15CA kimi Qərbin müasir yüksək səviyyəli qırıcıları kimi yüksək sinifdən olduğu qəbul edilir" - məqalədə qeyd olunur.
Jurnal qeyd edir ki, Su-35 Su-27 qırıcısı əsasında hazırlanıb, o da vaxtilə unikal idi. İranın düşmənləri onun nüvə obyektlərinə beşinci nəsil qırıcıların mümkün zərbələri üçün təlimlər keçirməyə və hazırlaşmağa davam etdikcə, Su-35 nisbətən tez çatdırıla bilən əvəzolunmaz bir qırıcı olacaq.
Rusiyanın "4++" nəsil Su-35 çoxməqsədli supermanevrli qırıcısı bort radarı, həmçinin idarə olunan təkan vektoru olan mühərriklərlə təchiz edilib. O, 2,5 min km/saat sürətə çata bilir, uçuş məsafəsi 3,4 min km-ə çatır. Qırıcı 30 mm-lik pulemyotla silahlanıb və bomba və raketlər üçün 12 sərt nöqtəyə malikdir.
Xəbər lenti
0