https://sputnik.az/20221210/xususi-herbi-emeliyyatin-rusiya-ve-dunya-ucun-ehemiyyetli-neticeler-hansilardir-449477337.html
Xüsusi Hərbi Əməliyyatın Rusiya və dünya üçün əhəmiyyətli nəticələri hansılardır?
Xüsusi Hərbi Əməliyyatın Rusiya və dünya üçün əhəmiyyətli nəticələri hansılardır?
Sputnik Azərbaycan
Xüsusi əməliyyat zamanı Rusiyanın nə əldə etdiyi və ABŞ-ın Ukraynaya dəstəyini davam edib-etməyəcəyi barədə hərbi ekspert Aleksandr Xrolenkonun materialında. 10.12.2022, Sputnik Azərbaycan
2022-12-10T08:35+0400
2022-12-10T08:35+0400
2022-12-10T09:54+0400
rusiya
təhlil
ukrayna
abş
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459441_0:185:2983:1863_1920x0_80_0_0_b2ca4dfd6d3e4f3306592dbad45bcec4.jpg
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə xüsusi hərbi əməliyyatı Amerikanın uydurma "qaydaları" ilə yaşamaq istəməyən Rusiya, Avropa və çoxqütblü dünyaya gözə çarpan müsbət nəticələr verib. Dünya əhalisinin 12%-dən az hissəsinin maraqlarını təmsil edən Qərb ölkələrinin qiymətləndirmələri və istiqamətləri Rusiya XHƏ və bəşəriyyət tarixi üçün müəyyənedici deyil.Rusiya Prezidenti Vladimir Putin dekabrın 7-də Moskvada Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşdə xüsusi hərbi əməliyyatın gedişi, perspektivləri və nəticələri ilə bağlı bir neçə mühüm bəyanatla çıxış edib.Rusiya liderinin əsas mövqeləri və qiymətləndirmələrinin xülasəsi:- XHƏ uzunmüddətli prosesdir, lakin əməliyyat artıq nəticə verib;- Rusiya bütün mümkün vasitələrlə öz maraqlarını müdafiə edəcək;- qismən səfərbərlik uğurla başa çatıb, əlavə olmayacaq;- xüsusi əməliyyat zonasında problemlərin təhlili və operativ şəkildə aradan qaldırılması lazımdır;- Ukrayna Rusiyanın yeni regionlarına dəymiş ziyana görə təzminat ödəməlidir.Xüsusi əməliyyatın müddəti Qərbdə və Şərqdə müəyyən mübahisələrə səbəb olur, lakin Moskva əvvəlcə Ukraynada hərbi əməliyyatlar üçün vaxt çərçivəsi təyin etməyib. Vladimir Putin dünən bildirib ki, XHƏ artıq əhəmiyyətli, ciddi nəticələr verən uzun prosesdir: Azov dənizi daxili dənizə çevrilib, yeni ərazilər yaranıb və milyonlarla insan özünü Rusiyanın bir hissəsi kimi hesab edir. Daxili Azov dənizi Rusiyanın cənubundakı milyonlarla insanın olduğu şəhərlərin yaxınlığında NATO hərbi bazalarının olmamasının təminatıdır.23 - 27 sentyabr tarixlərində "Donetsk və Luqansk Xalq Respublikaları"nda, Xerson və Zaporojye vilayətlərində Rusiya Federasiyasının tərkibinə daxil olmaq üzrə referendumlar keçirilib. Təşəbbüsü "DXR"-də fəal əhalinin 99%, "LXR"-də 98%, Zaporojye vilayətində 93%, Xerson vilayətində 87%-i dəstəkləyib.Rusiyanın öz milli maraqları uğrunda mübarizəsi dinc vasitələrdən və mövcud olan hər şeydən ardıcıl istifadəni nəzərdə tutur. Dünyada nüvə müharibəsi riski artır və yenə də Kreml öz nüvə silahını münaqişənin kəskinləşməsi vasitəsi kimi deyil, nüvə yayındırıcılığı kimi görür. Vladimir Putin vurğulayıb ki, Rusiyanın silahları istənilən nüvə dövlətinin silahlarından "daha mükəmməl və müasirdir".Ehtiyatda olan 300 min hərbçinin səfərbərliyi başa çatıb. XHƏ zonasında 150 min səfərbər edilmiş insan var, onlardan 77 mini birbaşa döyüş bölmələrindədir. 150 min nəfər isə - "döyüş ehtiyatındadır". Onlar ikinci və üçüncü eşelonlarda yerləşir, hərbi poliqonlarda əlavə təlim keçirlər. Əlavə səfərbərliyə ehtiyac yoxdur. Hərbi komissarlıqlar XHƏ-də iştirak etmək üçün könüllülərlə qoşun toplamaqda davam edir - bu kifayətdir.Xüsusi əməliyyat zonasında problemlər daimi və diqqətli təhlil və operativ həllər tələb edir. Bu həm hərbi qulluqçular, həm cəmiyyət, həm də dövlət üçün - döyüş fəaliyyətinin keyfiyyətini yüksəltmək üçün lazımdır. Prioritet istiqamətlər: hərbçi ailələrinin cəbhə xətti ilə əlaqə saxlaması (məktublar və bağlamalar), pul müavinətlərinin sistemləşdirilməsi, müasir qış texnikası və ümumilikdə arxa cəbhənin təminatının təkmilləşdirilməsi. Cəbhədə operativ yardım göstərən və əsgərlərin həyatını xilas edən hərbi tibb mütəxəssislərinin hazırlanması xüsusi diqqətə layiqdir.Rusiyanın yeni regionlarına dəymiş ziyana görə Ukraynanın təzminat verməsi milli maraqlar uğrunda mübarizənin məntiqi davamıdır. 2014-cü ildən indiyədək təkcə Donbasda 3800 mülki infrastruktur obyekti məhv edilib, onlara dəyən ziyan 1,3 trilyon rublu ötüb.Qərbin kəskin reaksiyası Vladimir Putinin XHƏ zonasındakı vəziyyətlə bağlı təhlilinin dəqiqliyini və obyektivliyini təsdiq edib.Beynəlxalq rezonansDekabrın 7-də Kiyev NATO-dan Əfqanıstanın milli ordusu üçün nəzərdə tutulan fonddan 3,4 milyard dollar vəsait istəyib. ABŞ-ın bu fondda iştirak etməməsinə baxmayaraq, bu istəyə tərəfdar çıxıb. Ukrayna Əfqanıstanın, Liviyanın, Yuqoslaviyanın taleyini təkrarlaya bilər.Həmin gün İngiltərə "Saab" ilə 280 milyon dollarlıq müqavilə əsasında (tədarük 2024-2026-cı illər üçün nəzərdə tutulub) "bir neçə min" "NLAW" tank əleyhinə raketlərin (800 m-ə qədər) aldığını elan edib. Hökumətin hesabatına görə, fevral ayından bəri London Kiyevə 10 min "NLAW" tank əleyhinə silah göndərib. Anti-Rusiya isteriyası davam edir.Dekabrın 7-də ABŞ Nümayəndələr Palatasının və Senatın nümayəndələri Ukraynada sürətlə yanan silah-sursatların çoxillik alınmasına dair razılığa gəliblər. Siyahı təsir edicidir: 864 min 155 mm-lik artilleriya mərmisi, 12 min AGM-179 "hava-yer" raketi, 700 "HIMARS" sistemi, 1700 "ATACMS" taktiki raketi, 2600 "Harpoon" raketi və və 1250 digər gəmi əleyhinə raketlər, 106 min "GMLRS" reaktiv mərmi, 5600 "Stinger" daşınan zenit raket kompleksi (DZRK), 28300 "Javelin" tank əleyhinə idarəolunan raket (TƏİR) və daha çox texnika. Layihənin irəliləməsi ABŞ hərbi-sənaye kompleksi üçün böyük gəlirlərə zəmanət verir və planetdəki qonşularına yaxşı heç nə vəd etmir.Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən ABŞ-ın qloballaşma modelinin başa çatdığını açıqlayıb. O, "üstünlük hissindən" və Qərb ölkələrinin uydurma "liderliyindən" getdikcə daha az asılı olan maliyyə və logistika sistemlərinin qaçılmaz transformasiyası barədə xəbərdarlıq edib. Dünya sivilizasiyasının gələcəyi (planetdə 8 milyarddan çox insan var) yalnız çoxqütblü dünya nizamı ilə təmin olunacaq. Rusiya Ukraynada XHƏ formatında bərabər və bölünməz təhlükəsizlik prinsiplərini təsdiq edir.Müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinə uyğun olaraq, Rusiya müdafiə sənayesi müasir silahların istehsalının kəmiyyət və keyfiyyətini durmadan artırır. Ukraynadakı xüsusi əməliyyatın məntiqi nəticəsi Rusiya Silahlı Qüvvələrinin dərin islahatı və gücünün artması olacaq.Amerikanın "Newsweek" jurnalı Ukraynanın demilitarizasiyasının əsaslı şəkildə başa çatdığını bəyan edib: "Rusiya öz iqtisadiyyatını müharibə vəziyyətinə uyğunlaşdırıb, ehtiyatlarını və yüz minlərlə hərbçi toplayıb... Bu ordu Rusiyanın ən müasir silahları ilə təchiz edilib və bir çox Qərb mesajlarına zidd olaraq, ruhdan düşməyib. Digər tərəfdən Ukrayna isə öz arsenalını tükəndirib və hərbi əməliyyatları davam etdirmək üçün tamamilə Qərbin hərbi dəstəyindən asılıdır".Bu yaxınlarda ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley təəssüflə qeyd edib: "Ukrayna əlindən gələni edib". Nəşr "mühüm Baxmut nəqliyyat qovşağında artıq başlayan kütləvi Rusiya hücumunu" və "Rusiyanın Qərbin dəstəyi olmadan Xarkovu, Xersonu yaya qədər geri qaytaracağnı" proqnozlaşdırır. NATO qoşunlarının Ukraynaya göndərilməsi "Rusiya ilə dolayı müharibəmizi dünyanın ən böyük nüvə dövləti ilə real müharibəyə çevirər".Tarixin tərəziləri dalğalanır. Amerikanın "The Hill" nəşri Konqresin hər iki partiya arasında rusiyapərəst əhval-ruhiyyənin artması ilə bağlı həyəcan təbili çalır: "Əgər ABŞ Kiyevə yardımı kəsərsə, digər Qərb ölkələri də bu addımı atacaq". Ukraynaya rəğbət bəsləyənlər getdikcə azalır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459441_126:0:2857:2048_1920x0_80_0_0_8e9e3a1ebd233342c089d5bcfee37371.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, abş, nato
rusiya, ukrayna, abş, nato
Xüsusi Hərbi Əməliyyatın Rusiya və dünya üçün əhəmiyyətli nəticələri hansılardır?
08:35 10.12.2022 (Yenilənib: 09:54 10.12.2022) Xüsusi əməliyyat zamanı Rusiyanın nə əldə etdiyi və ABŞ-ın Ukraynaya dəstəyini davam edib-etməyəcəyi barədə hərbi ekspert Aleksandr Xrolenkonun materialında.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə xüsusi hərbi əməliyyatı Amerikanın uydurma "qaydaları" ilə yaşamaq istəməyən Rusiya, Avropa və çoxqütblü dünyaya gözə çarpan müsbət nəticələr verib. Dünya əhalisinin 12%-dən az hissəsinin maraqlarını təmsil edən Qərb ölkələrinin qiymətləndirmələri və istiqamətləri Rusiya XHƏ və bəşəriyyət tarixi üçün müəyyənedici deyil.
Rusiya Prezidenti Vladimir Putin dekabrın 7-də Moskvada Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşdə xüsusi hərbi əməliyyatın gedişi, perspektivləri və nəticələri ilə bağlı bir neçə mühüm bəyanatla çıxış edib.
Rusiya liderinin əsas mövqeləri və qiymətləndirmələrinin xülasəsi:
- XHƏ uzunmüddətli prosesdir, lakin əməliyyat artıq nəticə verib;
- Rusiya bütün mümkün vasitələrlə öz maraqlarını müdafiə edəcək;
- qismən səfərbərlik uğurla başa çatıb, əlavə olmayacaq;
- xüsusi əməliyyat zonasında problemlərin təhlili və operativ şəkildə aradan qaldırılması lazımdır;
- Ukrayna Rusiyanın yeni regionlarına dəymiş ziyana görə təzminat ödəməlidir.
Xüsusi əməliyyatın müddəti Qərbdə və Şərqdə müəyyən mübahisələrə səbəb olur, lakin Moskva əvvəlcə Ukraynada hərbi əməliyyatlar üçün vaxt çərçivəsi təyin etməyib. Vladimir Putin dünən bildirib ki, XHƏ artıq əhəmiyyətli, ciddi nəticələr verən uzun prosesdir: Azov dənizi daxili dənizə çevrilib, yeni ərazilər yaranıb və milyonlarla insan özünü Rusiyanın bir hissəsi kimi hesab edir. Daxili Azov dənizi Rusiyanın cənubundakı milyonlarla insanın olduğu şəhərlərin yaxınlığında NATO hərbi bazalarının olmamasının təminatıdır.
23 - 27 sentyabr tarixlərində "Donetsk və Luqansk Xalq Respublikaları"nda, Xerson və Zaporojye vilayətlərində Rusiya Federasiyasının tərkibinə daxil olmaq üzrə referendumlar keçirilib. Təşəbbüsü "DXR"-də fəal əhalinin 99%, "LXR"-də 98%, Zaporojye vilayətində 93%, Xerson vilayətində 87%-i dəstəkləyib.
Rusiyanın öz milli maraqları uğrunda mübarizəsi dinc vasitələrdən və mövcud olan hər şeydən ardıcıl istifadəni nəzərdə tutur. Dünyada nüvə müharibəsi riski artır və yenə də Kreml öz nüvə silahını münaqişənin kəskinləşməsi vasitəsi kimi deyil, nüvə yayındırıcılığı kimi görür. Vladimir Putin vurğulayıb ki, Rusiyanın silahları istənilən nüvə dövlətinin silahlarından "daha mükəmməl və müasirdir".
Ehtiyatda olan 300 min hərbçinin səfərbərliyi başa çatıb. XHƏ zonasında 150 min səfərbər edilmiş insan var, onlardan 77 mini birbaşa döyüş bölmələrindədir. 150 min nəfər isə - "döyüş ehtiyatındadır". Onlar ikinci və üçüncü eşelonlarda yerləşir, hərbi poliqonlarda əlavə təlim keçirlər. Əlavə səfərbərliyə ehtiyac yoxdur. Hərbi komissarlıqlar XHƏ-də iştirak etmək üçün könüllülərlə qoşun toplamaqda davam edir - bu kifayətdir.
Xüsusi əməliyyat zonasında problemlər daimi və diqqətli təhlil və operativ həllər tələb edir. Bu həm hərbi qulluqçular, həm cəmiyyət, həm də dövlət üçün - döyüş fəaliyyətinin keyfiyyətini yüksəltmək üçün lazımdır. Prioritet istiqamətlər: hərbçi ailələrinin cəbhə xətti ilə əlaqə saxlaması (məktublar və bağlamalar), pul müavinətlərinin sistemləşdirilməsi, müasir qış texnikası və ümumilikdə arxa cəbhənin təminatının təkmilləşdirilməsi. Cəbhədə operativ yardım göstərən və əsgərlərin həyatını xilas edən hərbi tibb mütəxəssislərinin hazırlanması xüsusi diqqətə layiqdir.
Rusiyanın yeni regionlarına dəymiş ziyana görə Ukraynanın təzminat verməsi milli maraqlar uğrunda mübarizənin məntiqi davamıdır. 2014-cü ildən indiyədək təkcə Donbasda 3800 mülki infrastruktur obyekti məhv edilib, onlara dəyən ziyan 1,3 trilyon rublu ötüb.
Qərbin kəskin reaksiyası Vladimir Putinin XHƏ zonasındakı vəziyyətlə bağlı təhlilinin dəqiqliyini və obyektivliyini təsdiq edib.
Dekabrın 7-də Kiyev NATO-dan Əfqanıstanın milli ordusu üçün nəzərdə tutulan fonddan 3,4 milyard dollar vəsait istəyib. ABŞ-ın bu fondda iştirak etməməsinə baxmayaraq, bu istəyə tərəfdar çıxıb. Ukrayna Əfqanıstanın, Liviyanın, Yuqoslaviyanın taleyini təkrarlaya bilər.
Həmin gün İngiltərə "Saab" ilə 280 milyon dollarlıq müqavilə əsasında (tədarük 2024-2026-cı illər üçün nəzərdə tutulub) "bir neçə min" "NLAW" tank əleyhinə raketlərin (800 m-ə qədər) aldığını elan edib. Hökumətin hesabatına görə, fevral ayından bəri London Kiyevə 10 min "NLAW" tank əleyhinə silah göndərib. Anti-Rusiya isteriyası davam edir.
Dekabrın 7-də ABŞ Nümayəndələr Palatasının və Senatın nümayəndələri Ukraynada sürətlə yanan silah-sursatların çoxillik alınmasına dair razılığa gəliblər. Siyahı təsir edicidir: 864 min 155 mm-lik artilleriya mərmisi, 12 min AGM-179 "hava-yer" raketi, 700 "HIMARS" sistemi, 1700 "ATACMS" taktiki raketi, 2600 "Harpoon" raketi və və 1250 digər gəmi əleyhinə raketlər, 106 min "GMLRS" reaktiv mərmi, 5600 "Stinger" daşınan zenit raket kompleksi (DZRK), 28300 "Javelin" tank əleyhinə idarəolunan raket (TƏİR) və daha çox texnika. Layihənin irəliləməsi ABŞ hərbi-sənaye kompleksi üçün böyük gəlirlərə zəmanət verir və planetdəki qonşularına yaxşı heç nə vəd etmir.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən ABŞ-ın qloballaşma modelinin başa çatdığını açıqlayıb. O, "üstünlük hissindən" və Qərb ölkələrinin uydurma "liderliyindən" getdikcə daha az asılı olan maliyyə və logistika sistemlərinin qaçılmaz transformasiyası barədə xəbərdarlıq edib. Dünya sivilizasiyasının gələcəyi (planetdə 8 milyarddan çox insan var) yalnız çoxqütblü dünya nizamı ilə təmin olunacaq. Rusiya Ukraynada XHƏ formatında bərabər və bölünməz təhlükəsizlik prinsiplərini təsdiq edir.
Müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinə uyğun olaraq, Rusiya müdafiə sənayesi müasir silahların istehsalının kəmiyyət və keyfiyyətini durmadan artırır. Ukraynadakı xüsusi əməliyyatın məntiqi nəticəsi Rusiya Silahlı Qüvvələrinin dərin islahatı və gücünün artması olacaq.
Amerikanın "Newsweek" jurnalı Ukraynanın demilitarizasiyasının əsaslı şəkildə başa çatdığını bəyan edib: "Rusiya öz iqtisadiyyatını müharibə vəziyyətinə uyğunlaşdırıb, ehtiyatlarını və yüz minlərlə hərbçi toplayıb... Bu ordu Rusiyanın ən müasir silahları ilə təchiz edilib və bir çox Qərb mesajlarına zidd olaraq, ruhdan düşməyib. Digər tərəfdən Ukrayna isə öz arsenalını tükəndirib və hərbi əməliyyatları davam etdirmək üçün tamamilə Qərbin hərbi dəstəyindən asılıdır".
Bu yaxınlarda ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley təəssüflə qeyd edib: "Ukrayna əlindən gələni edib". Nəşr "mühüm Baxmut nəqliyyat qovşağında artıq başlayan kütləvi Rusiya hücumunu" və "Rusiyanın Qərbin dəstəyi olmadan Xarkovu, Xersonu yaya qədər geri qaytaracağnı" proqnozlaşdırır. NATO qoşunlarının Ukraynaya göndərilməsi "Rusiya ilə dolayı müharibəmizi dünyanın ən böyük nüvə dövləti ilə real müharibəyə çevirər".
Tarixin tərəziləri dalğalanır. Amerikanın "The Hill" nəşri Konqresin hər iki partiya arasında rusiyapərəst əhval-ruhiyyənin artması ilə bağlı həyəcan təbili çalır: "Əgər ABŞ Kiyevə yardımı kəsərsə, digər Qərb ölkələri də bu addımı atacaq". Ukraynaya rəğbət bəsləyənlər getdikcə azalır.