Sibirin etno-gözəli Mariya Əliyeva: Azərbaycan mədəniyyətini təmsil etməkdən məmnun idim
© Photo : courtesy of Maria AliyevaAzərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
© Photo : courtesy of Maria Aliyeva
Abunə olmaq
Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi Mariya Əliyeva Azərbaycan haqında deyib ki, hər kəsə bu gözəl ölkəni ziyarət etməyi məsləhət görür.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanlı Mariya Əliyeva bu yaxınlarda Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub. Mariya layihə və Azərbaycan kökləri haqqında ətraflı Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
- Maryia, müsabiqədə qalib gədiyiniz üçün Sizi təbrik edirəm. Bu layihədə iştirak etməyə necə qərar verdiniz?
- Hər şey təsadüfən baş verdi. "Etno-gözəl" müsabiqəsi bu il ilk dəfə olaraq Tomskda təşkil olunub. Layihə mənim Pediatriya fakültəsinin 1-ci kurs tələbəsi olduğum Sibir Dövlət Tibb Universiteti tərəfindən həyata keçirilib. Orada iştirak etmək üçün qızları toplayırdılar və yerli Azərbaycan diasporu mənim namizədliyimi təklif etdi və mən də məmnuniyyətlə razılaşdım.
Bu, iştirak etdiyim ilk müsabiqə deyil. Uşaqlıqda çox vaxt müxtəlif modelliklə bağlı tədbirlərdə iştirak edirdim, ona görə də bütün bunlar mənə tanış idi. Yeganə fərq o idi ki, "Etno-gözəl" müsabiqəsi milli layihə idi.
© Photo : courtesy of Maria AliyevaAzərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
Azərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
© Photo : courtesy of Maria Aliyeva
- Müsabiqə zamanı hansı çətinliklərlə üzləşdiniz?
- Ümumilikdə bu müsabiqədə müxtəlif millətlərdən olan 12 qız iştirak edirdi. Azərbaycan mədəniyyətini təmsil etdiyim üçün sevindim və xoşbəxt oldum. Təxminən üç həftə hazırlaşırdıq. Hər dəfə nömrələri məşq edir, fotosessiyalarda iştirak edirdik. Mənim üçün ən çətini Azərbaycan milli geyimlərini tapmaq idi. Onları sifarişlə tikdirdim. Rəqs nömrəsinin hazırlanması da çox vaxt apardı. Şadam ki, rəqsim çox gözəl alındı və müsabiqədə iştirak edən hər kəsin yaddaşında qaldı.
- Qalib olacağınıza əmin idiniz?
- Düzünü desəm, xeyr. Bütün qızlar çox gözəl və layiqli idilər. Özümü bir çox mediada, xüsusən də Azərbaycan mediasında görməkdən məmnun idim.
© Photo : courtesy of Maria AliyevaAzərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
Azərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
© Photo : courtesy of Maria Aliyeva
- Mariya, bildiyimizə görə, sizdə Azərbaycan kökləri var. Bu barədə bizə ətraflı məlumat verə bilərsinizmi?
- Hardansa şayiələr yayılıb ki, mənim bütün ailəm Azərbaycandandır, amma belə deyil. Anam Rusiyadan, atam isə azərbaycanlıdır. O, Gəncə şəhərində anadan olub. Valideynlərim Tomskda tanış olublar və dərhal evləniblər. Ümumiyyətlə, beynəlxalq ailəmiz var. Biz həm Azərbaycan, həm də Rusiya ənənələrinə, eləcə də digər xalqların adətlərinə hörmətlə yanaşırıq.
Azərbaycanda ənənəvi olaraq qeyd olunan Novruz və Qurban bayramı kimi bir çox bayramları da qeyd edirik. Əvvəllər atamın vətəninə tez-tez gəlirdik, ancaq indi daha az gəlirik. Biz əsasən avtomobillə səyahət edirik. Azərbaycanda çox səmimi, qonaqpərvər insanlar yaşayır. Qədim şəhərin ab-havasını çox sevirəm, həmçinin şəhərin necə inkişaf etdiyini də görmək mənə xoşdur.
© Photo : courtesy of Maria AliyevaAzərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
Azərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
© Photo : courtesy of Maria Aliyeva
Hər dəfə onun təbiətinin gözəlliyinə - dağlarına, meşələrinə heyran oluram. Azərbaycan mətbəxi mənim ürəyimdə xüsusi yer tutur. Hər yeməyin qeyri-adi dadı var. Tomskda evdə tez-tez bu cür yeməklər bişirilir, lakin dadı tamamilə fərqlidir. Hər kəsə bu gözəl ölkəni ziyarət etməyi məsləhət görərdim. Mən özüm də Azərbaycan üçün çox darıxıram və ora yenidən gəlmək istərdim.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Mən təbiətcə çox fəalam. Özümü təmin edən və hərtərəfli insan olmaq istəyirəm. Hər dəfə müxtəlif layihələrdə iştirak edirəm. İdmanın həyatımda xüsusi yeri var. Bir vaxtlar Tomsk vilayətinin su polosu komandasının ilk kapitanı olmuşam. İndi universitetimizdə müxtəlif idman yarışlarında iştirak edirəm.
© Photo : courtesy of Maria AliyevaAzərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
Azərbaycanlı Mariya Əliyeva Sibirin Tomsk şəhərində keçirilən "Etno-gözəl" gözəllik müsabiqəsinin qalibi olub
© Photo : courtesy of Maria Aliyeva
Bütün bunlardan başqa vokalla məşğul oluram, fortepianoda ifa edirəm, şeirlər oxuyuram və Tomskda məşhur "Daymohk" dağ rəqsi ansamblında rəqs edirəm.
Gələcəklə bağlı böyük planlarım var və bunların hamısı əsasən tibblə bağlıdır. Mən yaxşı həkim olmaq və insanlara kömək etmək istəyirəm.