Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qobu parkda yanğın olub, 50 nəfər təxliyə edilib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Yanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Abunə olmaq
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub
BAKI, 10 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Qaradag rayonu, Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə hgrə, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib.
Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Xəbər lenti
0