CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edin! - DYP xəbərdarlıq etdi

© Baku Transport AgencyAeroport yolu, arxiv şəkli
Aeroport yolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Abunə olmaq
Нağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə olunur.
BAKI, 10 dekabr - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində yağışlı, dumanlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır".
Daha sonra müraciətdə bildirilir ki, həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmaq, sürət həddini nəzarətdə saxlamaq, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur:

"Bununla yanaşı, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edirik".

Xəbər lenti
0