https://sputnik.az/20221210/ogurluq-ve-deleduzluqda-subheli-bilinen-sexsler-saxlanilib--biri-metroda-digeri-449489425.html
Oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb — biri metroda, digəri...
Oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb — biri metroda, digəri...
Sputnik Azərbaycan
Paytaxtın müxtəlif yerlərində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır 10.12.2022, Sputnik Azərbaycan
2022-12-10T13:42+0400
2022-12-10T13:42+0400
2022-12-10T13:56+0400
oğurluq
cəmiyyət
din
hacıqabul
salyan
bakı
https://cdnn1.img.sputnik.az/img/42226/92/422269212_0:0:2000:1125_1920x0_80_0_0_bbf9027ea93690f2d6daa3a15f2655e2.jpg
BAKI, 10 dekabr — Sputnik. Metroda oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, metrostansiyada Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri olan iki nəfərin ayrı-ayrı vaxtlarda bank hesablarından pullarını oğurlamaqda, Bakı və Şamaxı sakinləri olan daha iki nəfəri isə aldadaraq 620 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Nəcəfov müəyyən olunaraq saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Hər iki faktla bağlı araşdırma aparılır.
hacıqabul
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/92/422269212_227:0:2000:1330_1920x0_80_0_0_fb9ea4e46d390843f1e58bd9c1090509.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğurluq, din, hacıqabul, salyan, bakı
oğurluq, din, hacıqabul, salyan, bakı
Oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb — biri metroda, digəri...
13:42 10.12.2022 (Yenilənib: 13:56 10.12.2022) Paytaxtın müxtəlif yerlərində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır
BAKI, 10 dekabr — Sputnik. Metroda oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, metrostansiyada Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri olan iki nəfərin ayrı-ayrı vaxtlarda bank hesablarından pullarını oğurlamaqda, Bakı və Şamaxı sakinləri olan daha iki nəfəri isə aldadaraq 620 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Hər iki faktla bağlı araşdırma aparılır.