https://sputnik.az/20221210/fhn-fovqelade-hallardan-qorunmasi-istiqametinde-fealiyyeti-barede-melumat-yayib-449489882.html
FHN fövqəladə hallardan qorunması istiqamətində fəaliyyəti barədə məlumat yayıb
FHN fövqəladə hallardan qorunması istiqamətində fəaliyyəti barədə məlumat yayıb
Sputnik Azərbaycan
“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə... 10.12.2022, Sputnik Azərbaycan
2022-12-10T12:09+0400
2022-12-10T12:09+0400
2022-12-10T12:15+0400
cəmiyyət
fhn
məlumat
əməliyyat
təxliyə
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/15/447716879_0:0:1280:720_1920x0_80_0_0_3bf1c85d0985841f1cf77e8d24677aa7.jpg
BAKI, 10 dekabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə FHN-in yaydığı məlumatda deyilir.Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib."Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib", - deyə məlumatda bildirilir.O da qeyd olunur ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 16 nəfər xilas edilib, 50 nəfər təxliyə olunub, yanğın zamanı 3 nəfər xəsarət alıb. "Həmçinin, Abşeron rayonu, Görədil kəndində yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalan təcili tibbi yardım avtomobili xilasedicilər tərəfindən xilasetmə texnikasının yedəyinə alınaraq təhlükəsiz əraziyə çıxarılıb. Bundan əlavə, 09.12.2022-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın hadisəsi olmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/15/447716879_160:0:1120:720_1920x0_80_0_0_87ddcdb864154e98150461347cfa37c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, məlumat, əməliyyat, təxliyə
fhn, məlumat, əməliyyat, təxliyə
FHN fövqəladə hallardan qorunması istiqamətində fəaliyyəti barədə məlumat yayıb
12:09 10.12.2022 (Yenilənib: 12:15 10.12.2022) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
BAKI, 10 dekabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə FHN-in yaydığı məlumatda deyilir.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
"Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib", - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 16 nəfər xilas edilib, 50 nəfər təxliyə olunub, yanğın zamanı 3 nəfər xəsarət alıb.
"Həmçinin, Abşeron rayonu, Görədil kəndində yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalan təcili tibbi yardım avtomobili xilasedicilər tərəfindən xilasetmə texnikasının yedəyinə alınaraq təhlükəsiz əraziyə çıxarılıb. Bundan əlavə, 09.12.2022-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın hadisəsi olmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır".