SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib

© AP Photo / Jose Luis MaganaABŞ bayraqları Kapitoli üzərində, arxiv şəkli
ABŞ bayraqları Kapitoli üzərində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Abunə olmaq
Ermənpərəst konqresmenlər - demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin əleyhinə səs veriblər.
BAKI, 10 dekabr — Sputnik. ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib.
858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib.
Ermənpərəst konqresmenlər - demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin əleyhinə səs veriblər.
Mövcud qaydalara əsasən, qanun layihəsi ABŞ Senatında da səsverməyə çıxarılaraq qəbul edilməli və daha sonra imzalanmaq üçün Prezidentə təqdim olunmalıdır.
Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi.
Xəbər lenti
0