https://sputnik.az/20221209/zaur-eliyev-yeni-alinan-texnikalarla-bagli-prezident-lham-eliyeve-melumat-verdi-449468154.html
Zaur Əliyev yeni alınan texnikalarla bağlı Prezident İlham Əliyevə məlumat verdi
Zaur Əliyev yeni alınan texnikalarla bağlı Prezident İlham Əliyevə məlumat verdi
Sputnik Azərbaycan
Artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi... 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T16:46+0400
2022-12-09T16:46+0400
2022-12-09T16:46+0400
zaur əliyev
azərbaycan xəbərləri
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449449136_0:46:1000:609_1920x0_80_0_0_e4a3672f1ea88e7620d60d47e9dd8642.jpg
BAKI, 9 dekabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 9-da yeni alınan xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verib.O bildirib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd "Fiat Doblo", 131 ədəd "Mercedes", 34 ədəd "Ford Transit" markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 differensiallı (4x4) "Mercedes Vito" avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.
https://sputnik.az/20221209/prezident-yeni-alinmis-xususi-teyinatli-texnikalarla-tanis-olub-449454100.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449449136_63:0:937:655_1920x0_80_0_0_05bdece886acec580d96cfd3d80dc8ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zaur əliyev, prezident ilham əliyev
zaur əliyev, prezident ilham əliyev
Zaur Əliyev yeni alınan texnikalarla bağlı Prezident İlham Əliyevə məlumat verdi
Artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.
BAKI, 9 dekabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 9-da yeni alınan xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verib.
O bildirib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.
Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd "Fiat Doblo", 131 ədəd "Mercedes", 34 ədəd "Ford Transit" markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 differensiallı (4x4) "Mercedes Vito" avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.
Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.