SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Rusiya ilə Ukrayna arasında müharibənin başa çatması üçün əlindən gələni edəcək

© Sputnik / Mediabanka keçidTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Mövlud Çavuşolu deyib ki, Türkiyə olmasaydı, Ukrayna ilə Rusiya arasında “Taxıl sazişi” imzalanmazdı
BAKI, 9 dekabr - Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılması üçün əlindən gələni etməyə çalışır.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"Rusiya ilə Ukrayna arasında müharibənin başa çatması üçün səylərimizi davam etdiririk”, - nazir bildirib.
Çavuşoğlu qeyd edib ki, bu gün Türkiyə vasitəçilik məsələsində nümunədir:
“Türkiyə olmasaydı, Ukrayna ilə Rusiya arasında “Taxıl sazişi” imzalanmazdı. Həmçinin əsir mübadiləsi də Türkiyənin vasitəçiliyi nəticəsində baş tutdu”.
Xəbər lenti
0