https://sputnik.az/20221209/sosial-mudafie-ve-ssizlikden-sigorta-fondlarinin-gelenilki-budceleri-qebul-edilib-449451337.html
Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının gələnilki büdcələri qəbul edilib
Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının gələnilki büdcələri qəbul edilib
Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə... 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T22:14+0400
2022-12-09T22:14+0400
2022-12-09T22:52+0400
190 manat
cəmiyyət
sığorta fondu
dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268553_0:0:2001:1125_1920x0_80_0_0_61f4fb3903adfc32f26b543438a05303.jpg
BAKI, 9 dekabr - Sputnik. Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinə sonuncu oxunuşda baxılıb.Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. Fondun büdcəsi 2018-2023-cü illər ərzində 2.5 milyard manat, yaxud 67% artıb.Diqqətə çatdırılıb ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,7%-i qeyri-büdcə sektorunun, 37,3%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Orta aylıq əmək haqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacaq.Musa Quliyev diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi cari illə müqayisədə 2023-cü ildə 31,3 milyon manat, yaxud 17,3% çox olmaqla 212,7 milyon manat məbləğində proqnozlaşdırılır. Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Bunların böyük bir hissəsi aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə, o cümlədən 41%-i özünəməşğulluq proqramlarının təmin olunmasına yönələcək.Xatırladaq ki, bundan öncə Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 76 faizi və yaxud 4 milyard 784 milyon manat məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar hesabına proqnozlaşdırılıb. Növbəti il üçün transfert 1 milyard 468 milyon manat həcmində müəyyən olunub. Qeyd edilib ki, xərclərin 97 faizi və yaxud 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Əmək pensiyalarının ödənilməsinə 5 milyard 907 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə 170 milyon manat vəsait sərf olunacaq. Himalay Məmişov büdcə ilə bağlı digər göstəriciləri də səsləndirərək, Fondun cari fəaliyyəti, əldə edilən nailiyyətlər, gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxışında diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi 212,7 milyon manat olaraq proqnozlaşdırılıb. O, özünəməşğulluq sahəsində şəffaflığın təmin edildiyini, 42 istiqamət üzrə kiçik təsərrüfatların yaradıldığını deyib, peşə hazırlığı ilə bağlı görülən işlərdən danışıb. Fond sədri müasir innovasiyaların tətbiqi, rəqəmsallaşdırma tədbirləri, elektron inzibatçılıq, o cümlədən əmək müqavilələrinin elektron formada bağlanması barədə məlumat verib.Mustafa Abbasbəyli, həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində atılan addımlardan, gənclərin gələcək əmək bazarına hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268553_91:0:1864:1330_1920x0_80_0_0_ee6740084380fe84b54bdf1c4ddd1f9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
190 manat, sığorta fondu, dövlət sosial müdafiə fondu
190 manat, sığorta fondu, dövlət sosial müdafiə fondu
Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının gələnilki büdcələri qəbul edilib
22:14 09.12.2022 (Yenilənib: 22:52 09.12.2022) Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.
BAKI, 9 dekabr - Sputnik. Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinə sonuncu oxunuşda baxılıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. Fondun büdcəsi 2018-2023-cü illər ərzində 2.5 milyard manat, yaxud 67% artıb.
Diqqətə çatdırılıb ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,7%-i qeyri-büdcə sektorunun, 37,3%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Orta aylıq əmək haqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacaq.
Musa Quliyev diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi cari illə müqayisədə 2023-cü ildə 31,3 milyon manat, yaxud 17,3% çox olmaqla 212,7 milyon manat məbləğində proqnozlaşdırılır. Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Bunların böyük bir hissəsi aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə, o cümlədən 41%-i özünəməşğulluq proqramlarının təmin olunmasına yönələcək.
Xatırladaq ki, bundan öncə Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 76 faizi və yaxud 4 milyard 784 milyon manat məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar hesabına proqnozlaşdırılıb.
Növbəti il üçün transfert 1 milyard 468 milyon manat həcmində müəyyən olunub. Qeyd edilib ki, xərclərin 97 faizi və yaxud 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Əmək pensiyalarının ödənilməsinə 5 milyard 907 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə 170 milyon manat vəsait sərf olunacaq. Himalay Məmişov büdcə ilə bağlı digər göstəriciləri də səsləndirərək, Fondun cari fəaliyyəti, əldə edilən nailiyyətlər, gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxışında diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi 212,7 milyon manat olaraq proqnozlaşdırılıb. O, özünəməşğulluq sahəsində şəffaflığın təmin edildiyini, 42 istiqamət üzrə kiçik təsərrüfatların yaradıldığını deyib, peşə hazırlığı ilə bağlı görülən işlərdən danışıb. Fond sədri müasir innovasiyaların tətbiqi, rəqəmsallaşdırma tədbirləri, elektron inzibatçılıq, o cümlədən əmək müqavilələrinin elektron formada bağlanması barədə məlumat verib.
Mustafa Abbasbəyli, həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində atılan addımlardan, gənclərin gələcək əmək bazarına hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.