CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlardan Bakıya gələnlər onlayn bilet ala biləcəklər - YENİLİK

© pixabay / tayguntoprakАвтобус на дороге, фото из архива
Автобус на дороге, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Sərnişinlər "biletim.az" portalı vasitəsilə onlayn bilet əldə edə bilərlər.
BAKI, 9 dekabr — Sputnik. Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı istifadəyə verilir. Sputnik Azərbaycan-ın məlumatına gör, bu portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində hazırlanıb.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Sistemin "Biletim" mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi "App Store" və "Google Play"dan yükləmək mümkündür.
Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq. Sərnişinlər bilet əldə etmək üçün biletim.az saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır. Vətəndaşlar dekabrın 15-dən etibarən "biletim.az" portalı üzərindən onlayn biletləri əldə edə bilərlər.
Məlumat üçün qeyd edək ki, indiyə qədər Bakıdan regionlara sərnişindaşımada biletlər ancaq onlayn satılır.
Xəbər lenti
0