https://sputnik.az/20221209/qriqoryanin-yalani-fas-oldu-ermenilerin-inteqrasiyasi-ucun-serait-yaradilmalidir-449468007.html
Qriqoryanın yalanı faş oldu: Ermənilərin inteqrasiyası üçün şərait yaradılmalıdır
Qriqoryanın yalanı faş oldu: Ermənilərin inteqrasiyası üçün şərait yaradılmalıdır
Sputnik Azərbaycan
Azərbaycan dövlətinin bu gün sülhməramlıların olduğu ərazilərdə monitorinqlərinə diqqət çəkən ekspert deyib ki, bu ərazilərdə aparılan bütün fəaliyyətlər bizim... 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T18:05+0400
2022-12-09T18:05+0400
2022-12-12T11:57+0400
qriqoryan
siyasət
ermənistan
sədrəddin soltan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_0:32:3072:1760_1920x0_80_0_0_690a164439e1cc5e58105365b0ab934f.jpg
BAKI, 9 dekabr — Sputnik. "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.Bəs Azərbaycan etnik erməni vətəndaşlarının hüquq və təhlükəsizliyinin təmin olunması üçün hansı mexanizmlər təklif edir?Sputnik Azərbaycan mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın fikirlərini öyrənib.Sədrəddin Soltan bildirib ki, Azərbaycan Konstitusiyası vətəndaşların etnik və dini mənsubiyyətindən asılı olmayaraq hüquqlarının müdafiəsini təşkil edə biləcək başlıca sənəddir: "Qarabağda yaşayan ermənilərin də hüquqları bu şəkildə təmin edilə bilər. Amma bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin reinteqrasiya olunmasında maneələr var. Ermənilər sülhməramlılar olmadan bu ərazilərdə mövcudluqlarını görmədiklərini bildirirlər. Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası üçün imkan və şərait yaradılmalıdır".Siyasi şərhçi vurğulayıb ki, ermənilər bu ərazilərə digər xarici qüvvələrin də cəlb olunmasını istəyir: "Azərbaycanın daxilində xarici nəzarətçilərdən ibarət bir komitə formalaşdırmaq istəyirlər. Ermənilər bu yolla pozuculuq fəaliyyəti göstərməyə, guya bu yolla öz təhlükəsizliklərinə zəmanət formalaşdırmağa çalışırlar. Azərbaycan dəfələrlə erməni vətəndaşlarının hüquqlarını təmin etməyə hazır olduğunu bildirib. Bunun üçün işlər də görülür. Separatçıların Qərb ölkələrindəki tör-töküntüləri isə yalan və təhrif olunmuş məlumatlarla ənənəvi saxtakarlıqlarını davam etdirirlər"."Bu gün regionda maraqları olan qüvvələr separatçıları Azərbaycana qarşı körükləyir. Bu isə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gecikməsinə, sülh sazişinin imzalanmasının ləngiməsinə gətirib çıxarır. Həmin qüvvələr Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Qarabağdakı separatçı tör-töküntülər Azərbaycan üçün çibandır", - deyə Sədrəddin Soltan qeyd edib.Azərbaycan dövlətinin bu gün sülhməramlıların olduğu ərazilərdə monitorinqlərinə diqqət çəkən ekspert deyib ki, bu ərazilərdə aparılan heç bir fəaliyyət bizim icazəmiz olmadan həyata keçirilə bilməz: "30 ilə yaxın davam edən işğal müddətində Qərb şirkətləri burada sərvətlərimizi talayıblar. İndi isə Rusiyadan gəlmiş separatçı Ruben Vardanyan bu prosesi davam etdirmək istəyir. Azərbaycan bunu qəbul edə bilməz. Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmətlə yanaşmağı öyrənməlidir və buna məcburdur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_225:0:2956:2048_1920x0_80_0_0_5e85f2b90f192f737114f51c4243d87a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qriqoryan, ermənistan, sədrəddin soltan
qriqoryan, ermənistan, sədrəddin soltan
Qriqoryanın yalanı faş oldu: Ermənilərin inteqrasiyası üçün şərait yaradılmalıdır
18:05 09.12.2022 (Yenilənib: 11:57 12.12.2022) Azərbaycan dövlətinin bu gün sülhməramlıların olduğu ərazilərdə monitorinqlərinə diqqət çəkən ekspert deyib ki, bu ərazilərdə aparılan bütün fəaliyyətlər bizim icazəmiz olmadan həyata keçirilə bilməz.
BAKI, 9 dekabr — Sputnik. "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.
Bəs Azərbaycan etnik erməni vətəndaşlarının hüquq və təhlükəsizliyinin təmin olunması üçün hansı mexanizmlər təklif edir?
Sputnik Azərbaycan mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın fikirlərini öyrənib.
Sədrəddin Soltan bildirib ki, Azərbaycan Konstitusiyası vətəndaşların etnik və dini mənsubiyyətindən asılı olmayaraq hüquqlarının müdafiəsini təşkil edə biləcək başlıca sənəddir:
"Qarabağda yaşayan ermənilərin də hüquqları bu şəkildə təmin edilə bilər. Amma bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin reinteqrasiya olunmasında maneələr var. Ermənilər sülhməramlılar olmadan bu ərazilərdə mövcudluqlarını görmədiklərini bildirirlər. Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası üçün imkan və şərait yaradılmalıdır".
Siyasi şərhçi vurğulayıb ki, ermənilər bu ərazilərə digər xarici qüvvələrin də cəlb olunmasını istəyir: "Azərbaycanın daxilində xarici nəzarətçilərdən ibarət bir komitə formalaşdırmaq istəyirlər. Ermənilər bu yolla pozuculuq fəaliyyəti göstərməyə, guya bu yolla öz təhlükəsizliklərinə zəmanət formalaşdırmağa çalışırlar. Azərbaycan dəfələrlə erməni vətəndaşlarının hüquqlarını təmin etməyə hazır olduğunu bildirib. Bunun üçün işlər də görülür. Separatçıların Qərb ölkələrindəki tör-töküntüləri isə yalan və təhrif olunmuş məlumatlarla ənənəvi saxtakarlıqlarını davam etdirirlər".
"Bu gün regionda maraqları olan qüvvələr separatçıları Azərbaycana qarşı körükləyir. Bu isə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gecikməsinə, sülh sazişinin imzalanmasının ləngiməsinə gətirib çıxarır. Həmin qüvvələr Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Qarabağdakı separatçı tör-töküntülər Azərbaycan üçün çibandır", - deyə Sədrəddin Soltan qeyd edib.
Azərbaycan dövlətinin bu gün sülhməramlıların olduğu ərazilərdə monitorinqlərinə diqqət çəkən ekspert deyib ki, bu ərazilərdə aparılan heç bir fəaliyyət bizim icazəmiz olmadan həyata keçirilə bilməz: "30 ilə yaxın davam edən işğal müddətində Qərb şirkətləri burada sərvətlərimizi talayıblar. İndi isə Rusiyadan gəlmiş separatçı Ruben Vardanyan bu prosesi davam etdirmək istəyir. Azərbaycan bunu qəbul edə bilməz. Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmətlə yanaşmağı öyrənməlidir və buna məcburdur".