https://sputnik.az/20221209/qirgizistanda-ali-avrasiya-qtisadi-surasinin-iclasi-baslayib---video-449446148.html
Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb - Video
Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb - Video
Sputnik Azərbaycan
Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbiri 150-yə yaxın xarici və 80-ə yaxın yerli media işçisi işıqlandırır. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T12:20+0400
2022-12-09T12:20+0400
2022-12-09T12:20+0400
nazirlər
dünya xəbərləri
avrasiya
avrasiya ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_0:0:3129:1761_1920x0_80_0_0_32ebb9877c431dd51a33127ce26ee606.jpg
BAKI, 9 dekabr — Sputnik. Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclası başlayıb.Bu barədə “RİA Novosti”nin müxbiri xəbər verir.İclasa Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik edir. Tədbirdə Rusiya lideri Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edirlər.Müşahidəçi ölkələrdən Özbəkistan Nazirlər Kabinetinin rəhbəri Abdulla Aripov iştirak edir. Kuba Prezidenti Migel Dias-Kanel videobağlantı ilə iclas iştirakçılarına müraciət edəcək.Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbiri 150-yə yaxın xarici və 80-ə yaxın yerli media işçisi işıqlandırır.Daha əvvəl bildirilmişdi ki, iclasda Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə baxılacaq, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi, mal və xidmətlərin vahid bazar fəaliyyətinin təkmilləşdirilməsi üçün əsas istiqamətlər müəyyən ediləcək.Prezidentlər həmçinin Aİİ-nin daxili bazarında maneələrin aradan qaldırılması, Birlik məkanında ümumi qaz bazarının formalaşdırılması və BƏƏ ilə azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlanılması məsələlərini də müzakirə edəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_176:0:2905:2047_1920x0_80_0_0_a33474d89700afc104756c3ac6e8ce87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nazirlər, avrasiya, avrasiya ittifaqı
nazirlər, avrasiya, avrasiya ittifaqı
Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb - Video
Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbiri 150-yə yaxın xarici və 80-ə yaxın yerli media işçisi işıqlandırır.
BAKI, 9 dekabr — Sputnik. Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclası başlayıb.
Bu barədə “RİA Novosti”nin müxbiri xəbər verir.
İclasa Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik edir. Tədbirdə Rusiya lideri Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edirlər.
Müşahidəçi ölkələrdən Özbəkistan Nazirlər Kabinetinin rəhbəri Abdulla Aripov iştirak edir. Kuba Prezidenti Migel Dias-Kanel videobağlantı ilə iclas iştirakçılarına müraciət edəcək.
Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbiri 150-yə yaxın xarici və 80-ə yaxın yerli media işçisi işıqlandırır.
Daha əvvəl bildirilmişdi ki, iclasda Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə baxılacaq, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi, mal və xidmətlərin vahid bazar fəaliyyətinin təkmilləşdirilməsi üçün əsas istiqamətlər müəyyən ediləcək.
Prezidentlər həmçinin Aİİ-nin daxili bazarında maneələrin aradan qaldırılması, Birlik məkanında ümumi qaz bazarının formalaşdırılması və BƏƏ ilə azad ticarət sazişinin bağlanması üzrə danışıqlara başlanılması məsələlərini də müzakirə edəcəklər.