Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarabağa 500-ə yaxın avtobus reysi həyata keçirilib

© Sputnik / Emin AlisahibAğdama ilk səfər
Ağdama ilk səfər - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Təhlükəsizlik üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
BAKI, 9 dekabr — Sputnik. Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 500-ə yaxın reys həyata keçirilib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, bu reyslərlə 20 mindən çox sərnişin daşınıb.
Xatırladaq ki, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə biletlər www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn rejimdə satılır. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Qeyd edək ki, Bakı-Şuşa-Bakı marşrutu üzrə bir istiqamətə gediş haqqı 10,4 manat müəyyən edilib. Bakıdan Ağdama 9,4 manata getmək olar. Bərdədən Ağdama avtobusla gediş haqqı 5 manat edəcək. Bundan əlavə, Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə gediş haqqı 6 manat müəyyən edilib. Əhmədbəylidən Şuşaya avtobus reysləri bir istiqamətdə 7 manata başa gələcək.
Biletləri yolumuzqarabaga.az. onlayn portaldan əldə etmək mümkündür.
Sərnişinin xüsusi giriş icazəsi, habelə onun COVID-19-a qarşı peyvəndi barədə informasiya avtomatik olaraq məlumat bazasına daxil ediləcək.
Xəbər lenti
0