https://sputnik.az/20221209/pirsagida-cirkli-sularin-denize-axidilmasinin-qarsisi-alinacaq---vdeo-449479442.html
Pirşağıda çirkli suların dənizə axıdılmasının qarşısı alınacaq - VİDEO
Pirşağıda çirkli suların dənizə axıdılmasının qarşısı alınacaq - VİDEO
Sputnik Azərbaycan
Bu kollektor vasitəsilə çimərlik ərazisində olan obyektlərdə və fərdi yaşayış evlərində formalaşan tullantı suları təmizləyici qurğuya ötürüləcək. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T20:35+0400
2022-12-09T20:35+0400
2022-12-09T20:35+0400
pirşağı
azərbaycan xəbərləri
azərsu
"azərsu" asc
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449479285_0:0:3641:2048_1920x0_80_0_0_5ab34131f84166bf9e00614a50b00ca9.jpg
BAKI, 9 dekabr — Sputnik. Xəzər dənizinin ekoloji sabitliyinin qorunması, eləcə də 11 qəsəbədə yaranacaq tullantı sularının optimal idarə olunması məqsədilə Abşeron yarımadasının şimal-şərq hissəsində yeni kanalizasiya infrastrukturlarının yaradılması işləri davam etdirilir. Həmin qəsəbələrdə formalaşan tulantı suların Pirşağı təmizləyici qurğusuna ötürülməsini üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında hazırda 2 istiqamətdə, Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dənizin sahili boyunca əsas daşıyıcı kollektorların inşası həyata keçirilir. Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində formalaşan tullantı sularının təmizləyici qurğuya daşımaq üçün 1400 mm diametrli dəmir-beton borularla 4 km uzunluğunda kollektorun inşası layihələndirilib və indiyə qədər 2022-ci il üçün nəzərdə tutulmuş işlərin 75 faizindən çoxu icra olunub.Kollektorların avtomobil və dəmir yolları ilə kəsişdiyi 11 nöqtədə 8-26 metr dərinlikdə şaxtalar qazılaraq xüsusi maşın və mexanizmlər vasitəsilə tunellər inşa edilir. Ötən müddətdə 5 tunelin tikintisi tam yekunlaşıb, digərlərində isə işlər davam etdirilir. Kanalizasiya kollektorunun keçdiyi ərazilərdə gələcəkdə şəbəkə xətlərinin qoşulması üçün 28 ədəd quyunun tikintisi də başa çatdırılıb.Uzunluğu 1,8 km olan digər kollektor isə Pirşağı çimərliyi ərazisində, dənizin sahili boyunca inşa olunur. Bu kollektor vasitəsilə çimərlik ərazisində olan obyektlərdə və fərdi yaşayış evlərində formalaşan tullantı suları təmizləyici qurğuya ötürüləcək. Kompleks layihəyə uyğun olaraq növbəti mərhələdə 19 km uzunluğunda Bilgəh-Pirşağı və 14 km uzunluğunda Novxanı-Pirşağı kollektorlarının inşası da nəzərdə tutulur. Eyni zamanda, Zabrat-Kürdəxanı-Pirşağı kollektorunun inşası davam etdirilərək Balaxanı qəsəbəsinə qədər uzadılacaq. Yeni infrastruktur Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Balaxanı və Nardaran qəsəbələrində yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq.Qeyd edək ki, Azərbaycan hökumətinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsinin yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan təmizləyici qurğunun, eləcə də təmizlənərək zərərsizləşdiriləcək suların dənizin nisbətən dərinsulu hissəsinə axıdılmasını təmin etmək üçün polad borularla 1700 metr uzunluğunda çıxış xəttinin inşası tam yekunlaşıb. Bioloji tipli qurğuda tullantı sularının təmizlənməsi yeni texnologiya əsasında həyata keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449479285_454:0:3185:2048_1920x0_80_0_0_cc0f96db54894e44f45a70d87cdaa529.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
pirşağı, azərsu, "azərsu" asc
pirşağı, azərsu, "azərsu" asc
Pirşağıda çirkli suların dənizə axıdılmasının qarşısı alınacaq - VİDEO
Bu kollektor vasitəsilə çimərlik ərazisində olan obyektlərdə və fərdi yaşayış evlərində formalaşan tullantı suları təmizləyici qurğuya ötürüləcək.
BAKI, 9 dekabr — Sputnik. Xəzər dənizinin ekoloji sabitliyinin qorunması, eləcə də 11 qəsəbədə yaranacaq tullantı sularının optimal idarə olunması məqsədilə Abşeron yarımadasının şimal-şərq hissəsində yeni kanalizasiya infrastrukturlarının yaradılması işləri davam etdirilir. Həmin qəsəbələrdə formalaşan tulantı suların Pirşağı təmizləyici qurğusuna ötürülməsini üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında hazırda 2 istiqamətdə, Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dənizin sahili boyunca əsas daşıyıcı kollektorların inşası həyata keçirilir.
Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində formalaşan tullantı sularının təmizləyici qurğuya daşımaq üçün 1400 mm diametrli dəmir-beton borularla 4 km uzunluğunda kollektorun inşası layihələndirilib və indiyə qədər 2022-ci il üçün nəzərdə tutulmuş işlərin 75 faizindən çoxu icra olunub.
Kollektorların avtomobil və dəmir yolları ilə kəsişdiyi 11 nöqtədə 8-26 metr dərinlikdə şaxtalar qazılaraq xüsusi maşın və mexanizmlər vasitəsilə tunellər inşa edilir. Ötən müddətdə 5 tunelin tikintisi tam yekunlaşıb, digərlərində isə işlər davam etdirilir. Kanalizasiya kollektorunun keçdiyi ərazilərdə gələcəkdə şəbəkə xətlərinin qoşulması üçün 28 ədəd quyunun tikintisi də başa çatdırılıb.
Uzunluğu 1,8 km olan digər kollektor isə Pirşağı çimərliyi ərazisində, dənizin sahili boyunca inşa olunur. Bu kollektor vasitəsilə çimərlik ərazisində olan obyektlərdə və fərdi yaşayış evlərində formalaşan tullantı suları təmizləyici qurğuya ötürüləcək. Kompleks layihəyə uyğun olaraq növbəti mərhələdə 19 km uzunluğunda Bilgəh-Pirşağı və 14 km uzunluğunda Novxanı-Pirşağı kollektorlarının inşası da nəzərdə tutulur.
Eyni zamanda, Zabrat-Kürdəxanı-Pirşağı kollektorunun inşası davam etdirilərək Balaxanı qəsəbəsinə qədər uzadılacaq. Yeni infrastruktur Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Balaxanı və Nardaran qəsəbələrində yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycan hökumətinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsinin yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan təmizləyici qurğunun, eləcə də təmizlənərək zərərsizləşdiriləcək suların dənizin nisbətən dərinsulu hissəsinə axıdılmasını təmin etmək üçün polad borularla 1700 metr uzunluğunda çıxış xəttinin inşası tam yekunlaşıb. Bioloji tipli qurğuda tullantı sularının təmizlənməsi yeni texnologiya əsasında həyata keçiriləcək.