https://sputnik.az/20221209/bas-nazir-kend-teserrufati-teyinatli-torpaqlarin-istifadesine-nezaret-guclendirilecek-449454597.html
Baş nazir: Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək
Baş nazir: Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək
Sputnik Azərbaycan
Baş nazir Əli Əsədov son vaxtlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinə cəhdlərin müşahidə edildiyini diqqətə çatdırıb. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T16:17+0400
2022-12-09T16:17+0400
2022-12-09T16:17+0400
kənd
cəmiyyət
əli əsədov
torpaq məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/08/426652582_0:63:1201:738_1920x0_80_0_0_972db4bed8132e1c1315599fa00d1de8.jpg
BAKI, 9 dekabr - Sputnik. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək.Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.Baş nazir bildirib ki, Azərbaycanın torpaq ehtiyat fondu 8,6 milyon hektar təşkil edir ki, bunların da kənd təsərrüfatına yararlı olan hissəsi 4,8 milyon hektardır: "Son vaxtlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinə cəhdlər müşahidə edilir. Bundan sonra buna ciddi nəzarət olunacaq".Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibiQeyd edək ki, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/08/426652582_66:0:1133:800_1920x0_80_0_0_9d4da3a96124c9e0e459126fa34d4a0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd, əli əsədov, torpaq məcəlləsi
kənd, əli əsədov, torpaq məcəlləsi
Baş nazir: Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək
Baş nazir Əli Əsədov son vaxtlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinə cəhdlərin müşahidə edildiyini diqqətə çatdırıb.
BAKI, 9 dekabr - Sputnik. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, Azərbaycanın torpaq ehtiyat fondu 8,6 milyon hektar təşkil edir ki, bunların da kənd təsərrüfatına yararlı olan hissəsi 4,8 milyon hektardır: "Son vaxtlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinə cəhdlər müşahidə edilir. Bundan sonra buna ciddi nəzarət olunacaq".
Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
Qeyd edək ki, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.
Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.