Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda xizək turizminin hansı problemləri var?

Abunə olmaq
Azərbaycan 2027-ci ilə qədər gəlmə turizminin göstəricisini 4 milyon nəfərə çatdırmağı planlaşdırır. Turizm sahəsinin necə inkişaf etdiyini və müvafiq planların necə həyata keçirildiyini videomuzda izləyə bilərsiniz.
Azərbaycanda turizm sahəsi şaxələndirilməli və yeni turizm istiqamətləri yaradılmalıdır. Bunu DAİR Hotellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Son illər Azərbaycanda turizmin inkişafına təkan verən bir çox beynəlxalq tədbirlər keçirilib və bununla ölkənin tanınması artıb", - deyə Dübəndi bildirib.
Mütəxəssisin fikrincə, Azərbaycanın təbii və antropogen resurslarını nəzərə alaraq ənənəvi turizm siyasətindən uzaqlaşıb bu fəaliyyətin digər sahələrinə keçməyin vaxtı çatıb.
Ekspert vurğulayıb ki, Qarabağ ekoloji resurslarla son dərəcə zəngindir və onun ətrafında ekoturizm fəaliyyətləri qurmaq olar.
Dübəndi bildirib ki, qış turizmi bu sahənin vacib tərkib hissələrindən biridir.
"Azərbaycanda dinamik inkişaf edən və ildən-ilə daha çox qonaq qəbul edən üç xizək kurortu var. Bu kurortlarla bağlı ən böyük problemlərdən biri də orada göstərilən xidmətlərin baha olması və əhalinin bütün təbəqələri üçün əlçatmaz olmasıdır", – deyə Dübəndi fikrini yekunlaşdırıb.
Xəbər lenti
0