https://sputnik.az/20221209/azerbaycanda-erzaq-tehlukesizliyinin-temini-ucun-ehtiyat-fondlari-yaradilir---bas-nazir-449465577.html
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün ehtiyat fondları yaradılır - Baş nazir
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün ehtiyat fondları yaradılır - Baş nazir
Sputnik Azərbaycan
Əli Əsədov Azərbaycanda ərzaqla bağlı problemin olmadığını, ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T14:43+0400
2022-12-09T14:43+0400
2022-12-09T14:50+0400
əli əsədov
cəmiyyət
baş nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 9 dekabr - Sputnik. “Hazırda Azərbaycanda ərzaqla bağlı problem yoxdur və olmayıb. Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər həyata keçirilir, ehtiyat fondları yaradılır”.Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.Baş nazir bildirib ki, 90 günlük mal ehtiyatları yaradılıb, başlıca məqsəd əhalini əsas ərzaq məhsulları ilə təmin etməkdir: “Əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması məqsədilə inflyasiya təsirlərinin azaldılması üçün zəruri tədbirlər görülür, bundan sonra da görüləcək”.Xatırladaq ki, dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov Dövlət Ehtiyatları Agentliyi tərəfindən Dövlət Ehtiyatları Konsepsiyasının, “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısının hazırlanması barədə məlumat verib. O bildirib ki, “Dövlət ehtiyatları haqqında” qanun layihəsi hazırlanıb. Layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: “Bu layihə üzərində Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə hazırlanan Dövlət Ehtiyatları Konsepsiyasına uyğun olaraq iş gedir”.Diqqətə çatdırılıb ki, hazırda strateji malların siyahısı hazırlanır. Bu, ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır.Qeyd edək ki, "Yeyinti məhsulları haqqında" qanunun mövcud 19-cu maddəsi "Dövlət ərzaq ehtiyatları" adlanır.Həmin maddəyə əsasən dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.Dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:xüsusi dövrlərdə Azərbaycan dövlətinin yeyinti məhsullarına olan ehtiyacını ödəmək;daxili ərzaq bazarında tələb və təklif arasında uyğunsuzluq yarandıqda iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə yeyinti sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək;ərzaq böhranı, təbii fəlakət və fövqəladə hadisələr zamanı əhalini yeyinti məhsulları ilə təmin etmək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli əsədov, baş nazir
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün ehtiyat fondları yaradılır - Baş nazir
14:43 09.12.2022 (Yenilənib: 14:50 09.12.2022) Əli Əsədov Azərbaycanda ərzaqla bağlı problemin olmadığını, ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
BAKI, 9 dekabr - Sputnik. “Hazırda Azərbaycanda ərzaqla bağlı problem yoxdur və olmayıb. Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər həyata keçirilir, ehtiyat fondları yaradılır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 90 günlük mal ehtiyatları yaradılıb, başlıca məqsəd əhalini əsas ərzaq məhsulları ilə təmin etməkdir: “Əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması məqsədilə inflyasiya təsirlərinin azaldılması üçün zəruri tədbirlər görülür, bundan sonra da görüləcək”.
Xatırladaq ki, dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov Dövlət Ehtiyatları Agentliyi tərəfindən Dövlət Ehtiyatları Konsepsiyasının, “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısının hazırlanması barədə məlumat verib. O bildirib ki, “Dövlət ehtiyatları haqqında” qanun layihəsi hazırlanıb. Layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: “Bu layihə üzərində Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə hazırlanan Dövlət Ehtiyatları Konsepsiyasına uyğun olaraq iş gedir”.
Diqqətə çatdırılıb ki, hazırda strateji malların siyahısı hazırlanır. Bu, ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır.
Qeyd edək ki, "Yeyinti məhsulları haqqında" qanunun mövcud 19-cu maddəsi "Dövlət ərzaq ehtiyatları" adlanır.
Həmin maddəyə əsasən dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.
Dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
xüsusi dövrlərdə Azərbaycan dövlətinin yeyinti məhsullarına olan ehtiyacını ödəmək;
daxili ərzaq bazarında tələb və təklif arasında uyğunsuzluq yarandıqda iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə yeyinti sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;
ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək;
ərzaq böhranı, təbii fəlakət və fövqəladə hadisələr zamanı əhalini yeyinti məhsulları ilə təmin etmək.